Ofeliya Sənani: Cabir bundan əvvəl də infarkt keçirmişdi, ona idman olmazdı
Icma.az bildirir, Oxu.az portalına istinadən.
"Cabirin ölüm xəbərini televiziyadan eşitdim. Əlim-ayağım qurudu. Çox pis oldum".
Oxu.Az Maderator.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti, tanınmış diktor Ofeliya Sənani Əməkdar artist Cabir İmanovun ölümündən danışarkən deyib.
"Özü də idman zalında vəfat edib. İnfarkt keçirib çoxdan, amma gərək idman etməzdi, ona olmazdı. Mən də bir neçə dəfə infarkt keçirmişəm. Ağır vəziyyətdə idim. Düzələndən sonra yenə də işimə gedib-gəlmişəm. Amma görürəm ki, artıq ürəyimin gücü çatmır. Mən ki uşaqlar üçün verilişləri ürəklə oxuyurdum, studiyadan çıxandan sonra hiss edirdim ki, qüvvəm gedir. Hiss edirdim ki, ayağım arxamca gəlmir. Köhnə diktorlardan bir mən fəaliyyətdə idim. Mən də daha işləməyəcəyəm".
Xatırladaq ki, Cabir İmanov sentyabrın 29-da infarkt keçirərək dünyasını dəyişib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 30 Sentyabr 2025 11:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















