Oğlanın doğma anasına aldığı bahalı hədiyyə nişanlısını QƏZƏBLƏNDİRDİ
Icma.az, Publika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Adının açıqlanmasını istəməyən qız milyonçu nişanlısının doğma anasına aldığı bahalı Milad hədiyyəsindən hiddətlənib.
Publika.az xəbər verir ki, onun sosial şəbəkələrdə yayımlanan hekayəsi "Mail Online" tərəfindən yayımlanıb.
Qız deyib ki, təsadüfən nişanlısının sevdikləri üçün hansı hədiyyələr hazırladığını öyrənib. Onun sözlərinə görə, kişi bacısına və nişanlısına uyğun köynək, anasına isə lüks brenddən olan zinət əşyaları hədiyyə etmək qərarına gəlib.
Qızın fikrincə, nişanlısı çox bağlı olduğu anasının qəzəbinə tuş gəlməmək üçü xüsusi olaraq nişanlısına bahalı hədiyyələr vermir. O, həmçinin əlavə edib ki, gələcək qayınanası oğlunun əvvəlki xanımından ayrılmasına nail ola bildiyinə görə öyünür.
Sosil şəbəkədə bir çox istifadəçi qızı dəstəkləyib və əsl problemin hədiyyələrdə deyil, kişinin anası ilə münasibətində sərhəd qoya bilməməsində olduğunu irəli sürüb. Bəziləri belə bir oğlanla münasibətə yenidən baxmağı məsləhət görüb:
“Daha yaxşı olmayacaq. Anası ilə ilk görüşdən sonra onu sözün əsl mənasında tərk etməli idin”, - istifadəçilərdən biri bildirib.
Hüseyn İbadlı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 20 Dekabr 2024 04:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















