Icma.az
close
up
RU
Oğlu Bəşər Əsədin Suriyadan qaçışından danışdı: Hər şey gecə yarısından sonra dəyişdi...

Oğlu Bəşər Əsədin Suriyadan qaçışından danışdı: Hər şey gecə yarısından sonra dəyişdi...

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Suriyanın keçmiş Prezidenti Bəşər Əsəd Rusiyadan gələn məmurla görüşdən sonra ölkəni tərk edib.

Bəşər Əsədin oğlu Hafiz Əsəd qeyd edib ki, ailəsi Suriyanı tərk etmək fikrində olsaydı, bunu ya 2012-ci, ya da 2013-cü ildə Dəməşq mühasirədə olanda və mütəmadi olaraq bombalanarkən həyata keçirərdi.

Hər şey gecə yarısından sonra dəyişdi

Hafiz Əsədin sözlərinə görə, Rusiyadan həmin şəxs gələnə qədər Prezident ailəsinin Suriyanı tərk etmək planı olmayıb, hər şey dekabrın 7-dən 8-nə keçən gecə dəyişib.

Bəşər Əsədin oğlu dissertasiyasını Moskvada müdafiə etdiyini, anası Əsmanın isə Moskvada müalicə aldığını diqqətə çatdırıb.

Hafiz Əsəd Dəməşq yaxınlığındakı atışmanın onları qorxutmadığını bildirib və bunu reallıq adlandırıb. Hafiz Əsəd ordunun Suriyanın paytaxtını müdafiə etməyə hazırlaşdığı barədə fikirlər səsləndirib:

“Hər şey gecə yarısından sonra dəyişdi. Bizim Al-Malkidə yerləşən evimizə rusiyalı məmur gəldi və hakimiyyət qüvvələrinin döyüşlərinə nəzarət etmək üçün bir neçə günlüyə Latakiaya köçməklə bağlı xahişi bizə çatdırdı. Dəməşqin Beynəlxalq Hava Limanında keçmiş Prezidentin qardaşı Mahir Əsəd də onlara qoşuldu. Gecə saat üçdə onlar Rusiyaya məxsus hərbi təyyarədə bu ölkənin Xmeymimdəki hərbi bazasına aparıldı. Təyyarə eniş etdikdən sonra onlar Prezidentin Bürc İslam rayonundakı iqamətgahına getməli idilər. Bu iqamətgah hava limanının 40 kilometrliyində yerləşir. Lakin sonradan iqamətgahla əlaqə yaratmaq cəhdləri uğursuz oldu, zənglərə cavab verən olmadı. Bu məqamda Bəşər Əsəd hərbçilərin döyüş meydanından geri çəkildiyi ilə bağlı məlumat aldı”.

Gündüz saatlarında vəziyyətin ciddiyyəti ilə bağlı məlumat alındı

Hafiz Əsəd vurğulayıb ki, gündüz saatlarında Xmeymim bazasındakı Rusiya komandanlığından ətraf ərazilərdəki vəziyyətin ciddiyyəti ilə bağlı məlumat alıblar:

“Onlar bizə bildirdilər ki, artıq bazanı tərk etmək mümkün deyil. Çünki terrorçular bütün ölkə boyunca yayılıb. Vəziyyət xaotik xarakter aldı və ölkənin hərbi rəhbərliyi ilə əlaqə kəsildi. Moskva ilə məsləhətləşmələrdən sonra bizə bildirdilər ki, Rusiyaya təxliyə edilməyimizlə bağlı sorğu göndərilib. Bir müddət keçdi və biz Moskvaya istiqamətlənən təyyarəyə əyləşdik, gecə saatlarında isə hava limanına eniş etdik”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://apa.az
archiveBu xəbər 13 Fevral 2025 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see274

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see255

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see243

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see234

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see221

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see206

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see199

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see186

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see180

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see175

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see175

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see164

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see163

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see151

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see150

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see148

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see145

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see143

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri