Oğlu haqda sual Faiq Ağayevi əsəbiləşdirdi: Zümrüd, 1 il mənimlə danışma
Axsham.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Xalq artisti Faiq Ağayev oğlu ilə bağlı suala əsəbiləşib.
Axşam.az xəbər verir ki, "Gün ortası" verilişində qonaq olan zaman müğənniyə "Bir dəfə açıqladınız ki, 17 yaşında ata olmuşam. 25 yaşında oğlum var" sözlərinə F.Ağayev belə reaksiya verib:
"Bir dəfə demişəmsə təsdiqləməyə nə ehtiyac var? O vaxt danışdım və dedim ki, bir daha bu mövzuda danışmayacağam".
F.Ağayev aparıcı Zümrüd Bədəlovaya şəxsi həyatını efirdə gündəmə gətirdiyi üçün əsəbiləşib:
"ATV-nin Bədii Şurasının üzvü olaraq sənə və digər aparıcılara irad bildirirəm: Audivizual Şura belə dedi ki, ailə, məişət mövzuları efirdə danışılmasın. İnsanlar bu söhbətləri mətbəxdə etməlidir, televiziyada yox. Tamaşaçıların qarşısında səndən 1 illik pauza götürürəm: bir il mənə zəng etmirsən, əlaqə saxlamırsan. Bir il keçsin kinim soyuyar. Bir il səninlə danışmayacağam".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 16 Sentyabr 2025 10:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















