Icma.az
close
up
RU
Oğlu Rəsulzadə ilə İranda görüşdən niyə imtina edib? Nəvəsi ilə MÜSAHİBƏ

Oğlu Rəsulzadə ilə İranda görüşdən niyə imtina edib? Nəvəsi ilə MÜSAHİBƏ

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasının 107-ci ildönümü ərəfəsində Modern.az Məmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadə ilə həmsöhbət olub.

O, atasının - Məmməd Əmin Rəsulzadənin oğlu Azər Rəsulzadənin sürgün illərində başına gələnlərdən, İranda hərbi xidmət dövründə yaşadığı müəmmalı hadisələrdən və atası ilə gizli görüş təklifindən imtina etməyindən danışıb.

Rais Rəsulzadə atasının sürgün həyatı, bacısı qızı Firuzənin uşaq evindən necə tapılması və Rəsulzadənin ölüm xəbərinə necə reaksiya verdiyi barədə də xatirələrini bölüşüb.

Müsahibədən bir hissəni təqdim edirik:

“Atam babamla görüşməkdən imtina etdi” 

“Atam əsgərlikdə İranda olub. Onun da qəribə əhvalatı var. Repressiya olunanları əsgərliyə aparmırlar. Aparsalar da, ancaq cəza batalyonuna aparırdılar, ya da ağır işlərlə məşğul olurdular. Atamı da Qazaxıstanın Çin sərhədinə ən yaxın ərazidə yerləşən mədənə göndərmişdilər. 1943-cü ildə - müharibə gedən vaxt atamı çağırırlar hərbi hissəyə. Atamın fəhlə paltarını hərbi forma ilə əvəzləyirlər, pul verirlər və deyirlər ki, getməlisən Məşhədə - İrana. Gözləri kəlləsinə çıxır ki, bu necə ola bilər? 

Atam İranda meşənin içində artilerya qoşunlarında xidmət göstərir. Həmin vaxt Tehran Konfransı ərəfəsi idi. Atam da tarda çox yaxşı ifa edirdi, rəssamlığı vardı. Orada da bu işlərlə məşğul idi. Hərdən icazə verirdilər şəhərə çıxsın. Bizlə söhbət edəndə deyirdi ki, şəhərə çıxanda bir də gördüm, bizim məhəllənin uşaqlarından var. Bakıda yaşayan, daha sonra sürgün edilən qonşularımız idi. Atama demişdilər ki, Azər, səni evimizə dəvət edirik. Atam icazə alır, icazə verirlər. Tarın götürüb gedir. Stol açırlar, söhbət edirlər. Deyirdi ki, çıxdım siqaret çəkməyə biri mənə yaxınlaşdı ki, sən Məmməd Əmin Rəsulzadənin oğlusan? Deyir tutuldum, baxdım ki, nədir? Dedilər, onu səninlə görüşdürmək istəyirik.

Atam da bundan şübhələnib. Deyir fikirləşdim ki, bu necə olan bir şeydir, məni cəza batalyonundan götürüb bura gətirib, atamla görüşdürəcəklər? Görüşmək istəmədiyini deyib. Sonra kimsə Məhəmməd Əminə çatdırıb ki, belə təklif edilib oğluna, amma o razı olmayıb. Babam da deyib düz iş görüb, ehtiyatlı davranıb".

"Atam Firuzəyə pasport düzəltdirmək üçün Stalinin portiretin çəkib"

"Oradan qayıdır Bakıya, daha sonra gəlir biz qaldığımız yerə. Bakıya gələndə Gülsümgilin evinə gəlir ki, xalası oğlanların görsün. Deyir içəri girib, təzə oturmuşduq ki, qapı döyülməyə başladı. Orada da qapı külək vurun kimi taqqıldayırdı, amma gördülər ki, pasportları yoxlamaq üçün gəliblər. Atam da rəsmi icazəsiz, yolüstü gəlmişdi. Arxa qapıdan tələsik çıxır. Həmişə nəzarətdə olub. Sonra xəbər tutdu ki, bacısı qızı Firuzə uşaq evindədir. Gedib o uşaq evini axtarıb tapır. Firuzə də bu haqda danışır. Deyir, dayım gəlmişdi baxırdı üzümə, onu tanıya bilməyib atam, amma Firuzə atamı tanıyıb, qaça-qaça üstünə gəlib. Atam sonra Firuzəni bizə gətirdi. Stalinin portretini çəkmək qarşılığında ona pasport da düzəltdirib".


“Məhəmməd Əmin Rəsulzadənin ölüm xəbərini eşidəndə atam evdə gizlin ağladı”

Atam Rəsulzadənin vəfatı haqqında danışır ki, Qazaxıstanda sürgündə olduğu vaxt bazar kimi yer var idi. Meydanda rəsm çəkən vaxtları gözünə Qafqaz tipində biri sataşır. Görüb ki, yaxınlaşmır, gəlmir, amma ona baxır, hara gedirəm ora gəlir. Ağlında şübhə olub ki, bunu güdürlər. Sonda dözə bilməyib, gedib deyib ki, nə var, məni güdürsən? O da deyib, hə. Atam da deyib ki, indi işim var, işim bitəndən sonra gələrsən, görüşərik. Stol açıb, yemək yeybilər. Atam deyib, keçək mətləbə. O da heç nə deməyib, sağollaşıb gedib. Yəni bizim harada olduğumuzu bilirdilər izləyirdilər. Bir müddət keçəndən sonra – 1955-ci ildə atamı çağırırlar. Deyirlər ki, atan rəhmətə gedib. Atam bu xəbərdən sonra deyib ki, yəqin bundan sonra bizi rahat buraxarsınız. Onlar da deyib yox, biz sizi ora göndərə bilərik, amma müəyyən şərtlərlə. Atam buna razılaşmayıb, dəfnə getməyib, deyib şərtlərinizi yerinə yetirmək istəmirəm, getməyib. Amma oradan gələndən sonra evdə gizlin ağlayırdı. Elçin Əfəndiyev də danışırdı ki, Rəsulzadənin ölüm xəbərin eşidəndə onu tanıyanlar gizlin yas saxlayırdı, onlar da atam kimi gizlin ağlayırdılar".

Müsahibənin tam versiyası yaxın vaxtlarda yayımlanacaq

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 May 2025 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri