Icma.az
close
up
RU
Oğlum mənə zəng edib dedi ki... Kiyevdə güllələnən atadan inanılmaz TƏFƏRRÜATLAR

Oğlum mənə zəng edib dedi ki... Kiyevdə güllələnən atadan inanılmaz TƏFƏRRÜATLAR

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ukraynanın Kiyev vilayətinin Fastiv şəhərində azərbaycanlı ata və oğlun güllələnməsi hadisəsi cəmiyyətin diqqət mərkəzindədir. Son məlumata görə, hadisəni törədən şəxs 1973-cü il təvəllüdlü, Ukrayna vətəndaşı İvanenko Oleksandr Volodimiroviçdir. Belə ki, keçmiş hərbçi olduğu bildirilən şəxs İsmayıl Rəhimov və atası Fərmana yaxınlaşaraq onlara atəş açıb. Nəticədə 28 yaşlı İsmayıl hadisə yerində ölüb, atası isə xəsarət alıb. Həmin şəxsə qarşı Ukrayna Cinayət Məcəlləsinin üç maddəsi ilə ittiham irəli sürülüb.

Kiyevdə güllələnən azərbaycanlı ata və oğul haqda rəsmi qurumlar nə deyirlər? Onlarla bağlı hansı məlumatlar var?

Globalinfo.az bununla bağlı mərhumun atası Fərman Rəhimovla əlaqə saxlayıb.

O, hadisəni törədən şəxsin həmin zaman sərxoş olduğunu deyib:

“İsmayıl olayın olduğu məkanda qarpız satırdı. Sərxoş biri oğluma yaxınlaşıb və qarpızın qiymətini soruşub. Sualını cavabladıqdan sonra ona burada qarpız satmağa kimin icazə verdiyini soruşub. Ardınca İsmayılın başından zərbələr endirib, döyərək gedib. Sonra oğlum mənə zəng elədi və baş verənləri danışdı. Həmin adam İsmayıla deyib ki, “gedirəm, amma yenidən gələcəm”.

Fərman Rəhimov

Həmçinin oxuyun:

1 milyon 200 min manat mənimsəyən sahibkar kimdir?

Oğlundan zəng alandan sonra həmin yerə getdiyini deyən F.Rəhimov ardınca baş verənləri belə izah edib:

“Bir az keçmişdi ki, gördük gəlir, amma silahlı olduğu ağlımıza gəlmədi. Gələn kimi əvvəlcə İsmayılı, sonra məni güllələdi. Oğluma 5-6 güllə vurdu. Həmin şəxs bundan əvvəl də biz olan şəhərdə ətrafa bir neçə dəfə güllə atıb, həbs olunsa da, sərbəst buraxılıb”.

Müsahibimiz oğlunun nəşinin artıq Azərbaycana gətirildiyini bildirib.

“Müvafiq qurumların səyi nəticəsində ötən gün Bakıya gəldik. Dəfn mərasimi İsmayıllı rayonunda keçirilir”.

Qeyd edək ki, bundan əvvəl Kiyev vilayət prokurorluğunun rəhbəri Dmitro Prokudin yerli mediaya açıqlama vermişdi. Onun sözlərinə görə, hadisə yerinə ilk olaraq təsadüfən həmin ərazidə olan polis əməkdaşı gəlib:

“Həmin an o, xidmətdə olmayıb, amma vətəndaşlıq borcunu yerinə yetirib. Polis əli silahlı şəxsi dərhal saxlayıb. Sonra hadisə yerinə digər hüquq-mühafizə orqanlarının nümayəndələri gəlib, hücum edən şəxsi həbs ediblər. Ona qarşı Ukrayna Cinayət Məcəlləsinin üç maddəsi ilə ittiham irəli sürülüb. Bu maddələrin ən ağırı iki və ya daha çox şəxsi öldürməyə cəhddir. Məhkəmə onu təqsirli bildiyi halda, bu maddələr ilə onu ömürlük həbs cəzası gözləyir”.

Prokuror qeyd edib ki, bütün lazımi ekspertizalar təyin edilib: “Hazırda ibtidai istintaqda bu cinayətin irqi və ya milli ədavət və ya düşmənçilik zəminində törədildiyi barədə heç bir hal və ya əsas müəyyən edilməyib”.

Ləman İmran
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:76
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 04 Sentyabr 2025 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see250

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see195

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see140

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see137

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see135

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see135

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see131

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see131

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see130

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri