Oğlum məni görəndə qorxub ağladı, elə bildi ciddi xəstəliyim var
Axsham.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Aktyor Hikmət Rəhimov "Qapqara" layihəsində qonaq olub.
Axşam.az xəbər verir ki, aktyor "Səkkiz" serialında canlandırmalı olduğu obraza görə oğlu Fuadın ondan qorxduğunu açıqlayıb:
“Səkkiz”dəki baş qəhrəmana görə bir çox qrimyorlarla görüşdüm. Başa düşdüm ki, bizdə bunu edə biləcək, təcrübəsi olan qrimyor, ümumiyyətlə material yoxdur. Saçımdan, qaşımdan və 4 dişimdən imtina etməyə məcbur qaldım. Bu, 44 gün davam etdi.
Evə gec saatlarda gəlirdim ki, övladlarım məni görməsin. Oğlum Fuad məni görəndə qorxub ağlamışdı. Elə başa düşürdü ki, mənim nəsə ciddi xəstəliyim var. Anasına sual verirdi ki, mən əvvəlki vəziyyətimə qayıdacağam? Bu, mənim özümü də narahat edirdi. Həm rejissorluq edib, həm də psixoloji problemi olan qatili canlandırmaq çətin idi. Bütün saç və tükləri qırxmağımız morqda baş verdi. Çəkilişlərə fasilə verib bir neçə saat ərzində məni təmizləməyə başladılar. Orada güzgüyə baxanda hiss etdim ki, Vaqif İbrahimoğluna oxşadım".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:184
Bu xəbər 07 Fevral 2026 23:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















