Icma.az
close
up
RU
Menu

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

57 yaşlı Cennifer Lopez belə formada qalır

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

“Oğlum onun qurbanlarından biri olub” Həbs edilən sahibkarın atası

“Oğlum onun qurbanlarından biri olub” Həbs edilən sahibkarın atası

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ötən ilin 21 noyabrında Yasamalda çoxmərtəbəli yaşayış binasında baş verən yanğına görə həbs edilən Bəhruz Paşayevin atası istintaqın gedişatından narahatdır.

“Qafqazinfo”ya müraciət edən Sabir Paşayev baş vermiş yanğına görə “İvolt” MMC-nin rəhbərinin məsuliyyət daşıdığını deyib.

O bildirib ki, faciəyə şirkətin texniki təhlükəsizlik tələblərinə əməl etməməsi səbəb olub: “Yasamal rayonu Mirəli Seyidov küçəsi 19A ünvanda baş verən yanğınla bağlı Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. İş üzrə oğlum Bəhruz Paşayev təqsirləndirilən şəxs qismində cəlb edilib və barəsində həbs qətimkan tədbiri seçilib. Artıq 4 aydan çoxdur ki, o, Bakı İstintaq Təcridxanasında saxlanılır. Lakin barəsində təqsirləndirilən şəxs qismində cəlbetmə barədə qərar çıxarılanda hadisənin səbəbi barədə heç bir ekspert rəyi olmayıb”.

S.Paşayevin sözlərinə görə, sonradan təyin edilmiş ekspertiza üzrə müvafiq rəy verilib: “Rəydə oğlum - “Taxes Group” MMC-nin direktoru Bəhruz Paşayevlə birlikdə “İvolt” MMC-nin direktoru Hacızadə Orxan Rüfət oğlunun işi düzgün təşkil etmədiklərinə, yanğın təhlükəsizliyi qaydalarına riayət etmədiklərinə görə qeyd edilən ünvanda yanğın hadisəsinin baş verdiyi göstərilib. Oğlum Bəhruz Paşayevin işi “Taxes Group” MMC-nin direktoru kimi “Loft Dent” adı altında işləyən stomatoloji klinikaya rəhbərlik etmək olub. Müştərilərə göstərilən xidmət çərçivəsində klinikanın qarşısına elektrik avtomobilləri üçün nəzərdə tutulmuş şarj stansiyası quraşdırmaq məqsədilə “İvolt” MMC-nin direktoru Hacızadə Orxan Rüfət oğlu ilə müqavilə bağlayıb”.

Ata yanğının texniki xidmət göstərən şirkətin məsuliyyətsizliyi ucbatından baş verdiyini iddia edib: “İşə məsuliyyətsiz yanaşan Orxan Hacızadə və onun komandası zəruri yoxlama və test tədbirləri görmədən, təhlükəsizlik qaydalarına riayət etmədən klinikanın qarşısında şarj stansiyası quraşdırıb və elektrik mənbəsinin normadan artıq yüklənməsinə və nəticədə yanğın hadisənin baş verməsinə səbəb olan cinayətkar əməlləri törədiblər. Sözügedən şarj stansiyalarından anlayışı olmayan oğlum Bəhruz Paşayev də onların məsuliyyətsiz hərəkətlərinin qurbanlarından biri olub. Qeyd edilənlərə baxmayaraq, “İvolt” MMC-nin direktoru Hacızadə Orxan Rüfət oğlu cinayət işi üzrə hələ də cinayət məsuliyyətdən kənarda qalıb. İstintaq zamanı Orxan Hacızadə şahid qismində dindirilsə də, barəsində tədbir görülməyib. Bu azmış kimi zərərçəkənlərə vurulmuş ziyanın ödənilməsi istiqamətində də heç nə etməyib”.

Qeyd edək ki, Bəhruz Paşayev 3 nəfərin ölümü, xeyli sakinin zəhərlənəməsi ilə nəticələnən hadisəyə görə ötən il noyabrın 24-də Cinayət Məcəlləsinin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində ibtidai istintaq davam etdirilir.

Onu da qeyd edək ki, faciədə həyatını itirən 7 yaşlı Arzu Qəmbərlinin atası, tanınmış vəkil Əli Qəmbərov da sosial şəbəkədə hadisədə “İvolt.az” şirkətinin də təqsirinin müəyyən edildiyini paylaşıb. O da məsələ ilə bağlı ekspertizanın müvafiq rəyinin mövcud olmasına baxmayaraq, şirkətin rəhbər şəxslərinin bu günə qədər məsuliyyətə cəlb olunmadığını deyib.

Aslan Vəliyev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 10 Aprel 2026 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see329

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see314

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see290

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see278

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see273

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see270

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see269

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see263

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see255

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see249

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see243

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see237

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see235

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see232

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see221

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see216

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see214

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see195

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see194

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri