Icma.az
close
up
RU
Oğluma 6 ay vaxt vermişdilər, o müddəti daha bir il uzatdım Afaq Gəncəli

Oğluma 6 ay vaxt vermişdilər, o müddəti daha bir il uzatdım Afaq Gəncəli

Icma.az bildirir, Axsham.az saytına əsaslanaraq.

"Karyeramın ən çətin dövrü atamın və bir il keçmədən oğlumun dünyasını dəyişdiyi vaxtlar olub. Hətta o vaxt düşündüm ki, mən bir daha efirə çıxa bilmərəm. İki qolumuz var ki, hər şeyi onlarla tuta, idarə edə bilərik. Mən bax o qolları itirdim. Düşünürdüm ki, artıq bacarmayacağam. Amma bacardım".

Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Afaq Gəncəli "Həftənin qonağı" verilişində deyib. O, dünyasını dəyişən oğlu Qədirxandan danışıb:

"Evdəkilər mənə təzyiq göstərdilər ki, heç nə etməsən də, işə get, orada əyləş. Bilirdilər ki, boş otura bilməyəcəyəm, işlə bağlı müdaxilələr edəcəyəm, işləyəcəyəm. Tanımadığımız insanlar məni qınadılar. Bəlkə bəziləri indi də qınayır. Başıma gələn bu hadisə, onu necə adlandırım, bilmirəm. Mənə dərs oldu: İnsanları tanımağımda, həyata düzgün baxışımda, heç kimi bilmədən qınamamağımda. Kiminsə haqqında danışılanda, deyirəm, görmüsən, tanıyırsan? Deyirəm, eləmə. Çünki öz başıma gəlib. Bəlkə də bu hadisələr olmasaydı, mən də onlardan biri olacaqdım. Yəqin insanlar məndən inzivaya çəkilməyimi istəyirdilər. Bəzi adamlar deyir ki, mən sənin yerində olsaydım... Niyə yaşayırsan ki? Anlada bimirəm ki, mənim 2 qardaşım, anam var. Ailədə üzərimə düşən məsuliyyət var. Ailəmi atıb, onlardan imtina edib, necə başıma belə dəhşətli faciə gəlib deyə, siz nə edirsiniz edin, onları yoxmu sayım? Məni yaşadan mənim anam oldu. Deyirəm ki, təki sən yaşa ki, mən yaşayım. Dünyanın o biri tayından da olsa, istədiyini yerinə yetirim, təki yaşa. O mənim xilaskarım oldu, onun nəfəsi gəlsin deyə, yaşadım. Bilmirəm, bəlkə də indi bu mənim bəhanəmdir. Hələ də nəyin doğru, nəyin yanlış olduğunu anlaya bilmirəm".

Aparıcı oğlunun xəstəliyi dövründə qarşılaşdığı çətinliklərdən söz açıb. O, oğlunu daha bir il yaşada bildiyini vurğulayıb:

"O vaxt İzmirdə yaşadılar. Xəstəlik elə mərhələyə çatdı ki, artıq bizim orada işimiz yox idi. Daha sonra Ankaraya keçdilər. Uşağın ata nənəsi orada yaşayırdı. Oraya apardı. İl yarım orada qaldılar. O müddətdə yollarda qaldım. Bunların tək şahidi Tolik (red. - aparıcı-prodüser Tarix Əliyev) idi. O mənə yaxınlaşdı ki, necə çatdıracaqsan? Bəllidir ki, o xəstəliyə elə dərmanlar lazımdır ki, külli miqdarda pul tələb olunur. Dedi, bunu təkbaşına necə edəcəksən? Gəl, yığışaq sənə yardım edək. Dedim ki, nə, övladıma yardım? Həyatı boyu yox. Ona dedim ki, mənə ancaq onda yardımcı ola bilərsən ki, Elton (red. Əməkdar artist Elton Hüseynəliyev) toya gedəndə yanında aparıcı kimi gedim. Bu məbləğ olmasa da, bu biri olsun, amma hər dəfə gedim ki, məbləği yığım. Toydan çıxırdım, maşında tez paltarımı dəyişirdim ki, səhər 6-da uçmalıyam. Burdan yığırdım, oraya aparırdım. Çox şükür, heç kimə möhtac olmadım. Allah o vaxt ruzini elə verdi ki... Uşağın ruzisi idi. 

Həkimlər oğluma 6 ay vaxt vermişdilər. Mən o müddəti daha 1 il uzatdım. 1 il 6 ay etdim. O da cırmaq-cırmaq. Göz önündə bir insan yaşamını itirir. Ayağının çalışmaması, gözün görməməsi, qulaq eşitmir. Xırda-xırda belə gedirdi. Onu saxlaya bildim ki, hissə-hissə getsin. O birdən-birə də sönə bilərdi. Bəlkə də buna hazırlaşırdım. Belə... Mələyimdir mənim. İnşallah qovuşacağıq. Bu arzu, ümidlə yaşayıram. Bilirəm ki, elə də olacaq. Bu həyatda bir müddət yaşayırıq. Əsas oradır". 

Afaq yenidən ailə qurmaq haqqında düşünüb-düşünməməsi ilə bağlı sualı belə cavablayıb:

"Yenidən ailə qurmağa istəyim yoxdur. Yetəri qədər övladıma sevgim olub deyə, elə bilirmə ondan artıq ola bilməz. Deyim ki, qəti istəmirəm, onu da deyə bilmirəm. Elə bilirəm ki, hələ də o sevgini verirəm. Uşaqlıqdırsa, uşağım var. Nə olsun ki, yerimiz ayrıdır. Yenidən ailə qurmağa can atmıram. Əgər qismətdirsə, olacaq, yoxsa olmayacaq". 

Afaq keçmiş həyat yoldaşı, övladının atası haqda isə bu fikirləri səsləndirib:

"Mən sevməyib ailə qurmuşdum. Türk vətəndaşı idi. Çox gözəl insan idi. Allah rəhmət eləsin. Övladımızı itirəndən 3 il sonra dünyasını dəyişib. Ailəsi ilə ara-sıra danışıram. İkinci dəfə evlənmişdi. İki qızı var".

Qeyd edək ki, A.Gəncəlinin oğlu Qədirxan xərçəng xəstəliyindən əziyyət çəkirdi. O, 2015-ci ildə dünyasını dəyişib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:186
embedMənbə:https://axsam.az
archiveBu xəbər 25 Yanvar 2025 19:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see421

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see364

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see281

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see268

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see263

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see248

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see242

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see240

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see229

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see221

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see220

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see218

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see216

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see201

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see200

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see194

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see193

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see190

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri