Icma.az
close
up
RU
Oğluma demişəm, səhnədə ölsəm, konsertə davam edin

Oğluma demişəm, səhnədə ölsəm, konsertə davam edin

Icma.az, Axsham.az portalına istinadən məlumat verir.

"Bütün cavanlara, ümidini kəsən insanlara mesajım olsun. Hamımız müsəlmanıq, Allahı sevir, ona inanırıq. Quranda gözəl bir ayə var: ümidini Allahdan kəsənlər kafirlərdir. Heç vaxt ümidinizi kəsməyin, həmişə sevinin, əziyyətli də olsa. Deyirlər ki, əzizim dünyasını dəyişibsə, necə sevinim? Orada bir hikmət var, çünki bir gün sən də onun arxasınca gedəcəksən. O, sənin üçün örnəkdir".

Axşam.az-ın məlumatına görə, bu sözləri Xalq artisti Natiq Şirinov "Yaşananlar" verilişində deyib. O, səhnədə dünyasını dəyişəcəyi təqdirdə konsertinin yarımçıq saxlanılmamasını vəsiyyət etdiyini açıqlayıb:

"Oğluma demişəm ki, ola bilər səhnədə dünyamı dəyişərəm, konserti davam elə. Kövrəlir. Deyirəm ki, yadında saxla, biz Allahın sevimli bəndələrindənik. Güclü olmaq pullu olmaq, yaxşı maşınının, evinin olması deyil. Bu, ruhən olur. Elə həmin anda konserti davam etdirmək gücdür.

Mənim atam dünyasını dəyişməzdən əvvəl vəziyyəti çox pis idi. Həmin vaxtlarda Alim Qasımovun konsertinə məşqlər gedirdi, mən onları saxlamadım. İndiki nəslin bəzi nümayəndələri çox acizdirlər. İnsan şor çörək də yeyər, yer də süpürər, zibil də daşıyar. Əsas odur ki, yaşayırsan, evə çörək aparırsan. Bu özü həyatdır.

Hər şey Allahın əlindədir. Bu gün sahib olduqlarımı bir anda əlimdən alsa, yenə üzüm gülər. Ümidinizi kəsməyin. Əsas odur ki, gördüyün işi düzgün edəsən. Vətən, ailə və iş - bu üç şeyə sadiq olasan".

N.Şirinov gələcəkdə oğul nəvəsi olarsa, onun sənətini davam etdirməsini arzuladığını bildirib:

"İnşallah, oğlan nəvəm olsa, adını Natiq qoyacağam. O da nağara çalacaq. Bu, onun irsidir. Heç kim məndən inciməsin, bunu məndən sonra oğlum, ondan da sonra nəvəm davam etdirə bilər. Oğluma niyə nağaranı səndən çox istəyirəm, ona görə demişəm ki, bir dəfə onu vursam, polis çağırıb tutdurarlar, amma 50 ildir bu alətə vururam, üzümə qayıtmır. Ona görə o mənə daha doğmadır. Təbii ki, bu zarafatdır, amma burada həqiqət də var".

Посмотреть эту публикацию в Instagram

Публикация от Axşam.az (@axsamaz)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://axsam.az
archiveBu xəbər 24 Yanvar 2026 21:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see417

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see360

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see322

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see277

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see264

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see260

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see244

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see238

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see235

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see225

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see218

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see217

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see215

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see213

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see211

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see200

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see198

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see193

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see192

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri