Icma.az
close
up
RU
Oğlunu hərbi xidmətə yola salan generalla bağlı maraqlı məlumatlar Xəlilov kimdir?

Oğlunu hərbi xidmətə yola salan generalla bağlı maraqlı məlumatlar Xəlilov kimdir?

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

General-mayor Vasif Xəlilovun oğlunu hərbi xidmətə yola salarkən çəkilmiş görüntülər sosial şəbəkələrdə trendə çevrilib. Kadrlarda generalın hərbi formada görünməsi birmənalı qarşılanmayıb. Belə ki, bəzi istifadəçilər bunu onun xidmətdə olması ilə əlaqələndirsə də, digərləri hadisəni nümayiş xarakterli addım kimi qiymətləndiriblər. Sosial mediada yaranan bu müzakirələr cəmiyyətdə vəzifəli şəxslərin övladlarının hərbi xidmətə münasibəti mövzusunu yenidən gündəmə gətirib.

Globalinfo.az-a danışan hərbi ekspert Ədalət Verdiyevin fikrincə, Vasif Xəlilovun hərəkəti müsbət bir hadisədir:

“O, öz oğlunu hərbi xidmətə yola salıb. Özü də Vətən müharibəsində iştirak etmiş bir zabit olub. Bu, həm simvolik, həm də ictimai baxımdan təqdirəlayiq bir addımdır. Son illərə qədər biz hətta kiçik vəzifə sahiblərinin belə övladlarını hərbi xidmətdən və toplanışlardan yayındırdığına dair çoxsaylı etirazlarla rastlaşırdıq. İndi isə tam əksinə, nümunəvi bir davranışla qarşılaşırıq. Belə halların artması, cəmiyyət üçün müsbət tendensiyadır. Digər vəzifəli şəxslər də övladlarını hərbi xidmətə yola salmaqla bu nümunəni davam etdirməlidirlər. Burada qətiyyən tənqid olunacaq bir məqam yoxdur. Əksinə, hər bir ata kimi Vasif Xəlilov da vətəndaşlıq borcunu yerinə yetirən övladına dəstək göstərib”.

Ə.Verdiyevin sözlərinə görə, Vasif Xəlilov əvvəllər Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində çalışıb:

“Vasif Xəlilov dövlət qarşısında mühüm xidmətləri ilə tanınır. Hazırda isə Müdafiə Nazirliyinin Rabitə və İnformasiya Texnologiyaları Baş İdarəsinin rəisidir. Onun hərbi geyimdə oğlunu xidmətə yola salması da təbiidir. Bəli, yola salmağa mülki geyimdə gələ bilərdi. Amma görünür ki, o, xidmətdə olan bir zabit kimi bu mərasimdən sonra yenidən vəzifəsinin başına qayıdıb. Bu addım, təkcə bir ata jesti deyil, həm də cəmiyyətə verilən mühüm mesajdır: dövlət qarşısında borc hamı üçün eynidir”.

Ədalət Verdiyev

Qeyd edək ki, Vasif Xəlilov 26 oktyabr 1974-cü ildə Quba rayonunun Zərqava kəndində anadan olub. O, 1992-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyi, 1996-cı ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbini bitirib. 2005-ci ildə Silahlı Qüvvələrin Hərbi Akademiyasını, 2021-ci ildə isə Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kursunu müvəffəqiyyətlə tamamlayıb.

V.Xəlilov 2005-ci ildən 2016-cı ilin dekabr ayınadək cəbhə bölgəsində xidmət edib. 2020-ci ildə Vətən müharibəsi zamanı Suqovuşan, Cəbrayıl, Zəngilan və Füzuli istiqamətlərində gedən döyüş əməliyyatlarında iştirak edib.

2022-ci ilədək müxtəlif vəzifələrdə xidmət edib, taqım komandirindən şöbə rəisi vəzifəsinədək yüksəlib. 2022–2024-cü illərdə xüsusi xidmət orqanlarında idarə rəisi vəzifəsində çalışıb. Xüsusi xidmət orqanlarında fəaliyyəti dövründə lokal antiterror əməliyyatlarında da iştirak edib.

Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021 tarixli sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” medalı ilə, iki dəfə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.

2024-cü ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Müdafiə Nazirliyinin Rabitə və İnformasiya Texnologiyaları Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunub. 2025-ci ilin 25 iyun tarixində Prezident İlham Əliyevin sərəncamı ilə general-mayor ali hərbi rütbəsi verilib.

Zaira Akifqızı
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 04 Oktyabr 2025 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see221

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see182

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see175

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see175

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see171

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see162

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see157

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see156

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see153

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see146

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see144

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see142

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see141

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see140

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see132

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri