Oğlunu itirdikdən sonra xəstəliyə tutulan qadın binadan yıxılaraq öldü VİDEO
Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Paytaxtın Nərimanov rayonunda bədbəxt hadisə baş verib.
Bakıvaxtı.az Xəzər TV-yə istinadla xəbər verir ki, yaşlı qadın Ağa Nemətulla küçəsi, 22 ünvanında yerləşən 5 mərtəbəli binanın 4-cü mərtəbəsindən yıxılıb.
Hadisə barədə məlumat daxil olduqdan sonra prokurorluq əməkdaşları dərhal hadisə yerinə gələrək meyitə baxış keçiriblər. Ölən şəxsin Qərənfil Sadıqova olduğu müəyyən edilib.
Qonşuların sözlərinə görə, qadının bir neçə il əvvəl oğlunu itirdikdən sonra səhhətində problemlər yaranıb. O, son vaxtlar Parkinson xəstəliyindən əziyyət çəkirmiş və ailəsi - həyat yoldaşı və qızı ilə birlikdə yaşayırmış.
Mərhumun meyiti dəfn edilməsi üçün doğulduğu Tovuz rayonuna göndərilib. Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:380
Bu xəbər 31 Mart 2026 01:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















