Icma.az
close
up
RU
Menu

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Qol vurdu, “ən yaxşı” oldu

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

Yaponiyada ayı xarici turistə hücum ETDİ

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

E vitamini ilə zəngin 5 məhsul

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

Oğlunun qatilini bağışlayan Ana Fotolar+Video

Oğlunun qatilini bağışlayan Ana Fotolar+Video

Icma.az bildirir, Axsham.az saytına əsaslanaraq.

Bu günlərdə Gənc Tamaşaçılar Teatrında Hüseyn Cavidin "Ana" əsəri əsasında hazırlanmış möhtəşəm tamaşa növbəti dəfə nümayiş edilib. Səhnə əsərində ən önəmli obrazlardan olan "Ana" rolu Xalq artisti Nübar Novruzovaya həvalə edib.

Bəhram Osmanovun quruluşcu rejissoru olan tamaşa ana sevgisinə, ucalığına həsr edilib. Obrazının öhdəsindən böyük məharətlə gələn N.Novruzovanı tamaşaçılar ayaqüstə alqışlayıblar. Anşlaqla keçən gecədə tamaşaçılar arasında şəhid ailələri, iş adamları, incəsənət və mədəniyyət nümayəndələri yer alıb. Eyni zamanda aktrisanın fanatları da gecədə onu izləyənlər arasında yer alıb. Hətta tamaşaçılar səhnə əsəri nümayiş olunandan sonra da aktrisanı səhnədən getməyə macal verməyiblər. Hər kəs səhnəyə axışaraq, onu gül yağışına qərq edib və fotolar çəkdirib. N.Novruzova isə bütün sevənləri ilə tək-tək şəkillər çəkdirib. 

Tamaşadan sonra Nübar Novruza təəssüratlarını Axşam.az-la bölüşüb. Aktrisa 60 illik yubileyinə həsr edilən tamaşanı hər oynayanda yaşadığı hissləri danışıb: 

"60 illik yubileyimə həsr olunmuşdu. 2018-ci ildən bu yana mən bu tamaşanı canlandırıram. Deyilənlərə görə, mən komediyanı da yaxşı oynayıram, əla alınır. Amma özüm psixoloji əsərləri çox sevirəm. Teatrda daha gözəl bir əsərimiz var ki, "Ağ ölüm". Burada da "Ana" obrazını oynayıram. Obrazım sevilir, aktyorlarımız da məharətlə oynayır. "Romeo və Culyetda", "Kod adı - V.X.A." və bir çox səhnə əsərində rol almışam. Teatrdakı ana obrazlarının çoxunu canlandırıram.  Rollarımın hamısını sevirəm. Amma "ana" obrazlarını daha çox sevirəm.

Komediyaya gələndə "Xırs quldurbasan", "İtalyansayağı xoşbəxtlik"də oynayıram. 

Nəinki "Ana", bütün yaratdığım obrazlar mənim övladımdır. Təsəvvür edin beş barmaqdan birini kəssən necə olar? Tamaşadan əvvəl öz dünyam olur. Hər şeydən tərki silah oluram. Artıq hamı xasiyyətimi bilir ki, tamaşadan əvvəl mənimlə danışmaq və fikrimi yayındırmaq olmaz. Obrazlarıma mən can, qan qoymuşam. 

Hazırda "Ağ ölüm və başqa tamaşalarda rol alıram. "Ana" tamaşasında aktyorlarımız Manaf Dadaşov, Rəşad Səfərov, Elşən Şıxəliyev, İradə Rəşidova, Vahid Orucoğlu can qoyurlar. Sənəti gərək sevəsən. Biri var pul arxasınca gedəsən, biri də var sənəti sevəsən".

N.Novruzova gənc aktyorlara məsləhətlər verib:

"Gənclərə demək istəyirəm ki, hansı sənəti seçirsiniz seçin, onun üzərində işləyin. Biz sənəti sevib gəldik. Obrazı oynamaq eşqini yaşayırdıq. Müəllimlərimiz deyirdi ki, avtobusda, metroda gedəndə obrazlarınızı tapın. Oturub obrazları, əsərləri müzakirə edirdik. İndi tendesiyalar dəyişib. Az məvaciblə obrazlar oynayıb, özümüzü xoşbəxt sayırdıq. Zaman keçdikcə, dəyişdi. Biz fəxri ad, premiya, ev almaqla bağlı düşünməmişik.

Balaca komamızı villa hesab edirdik. Türkiyədən məşhur aktyorlar teatrımıza gəlmişdi. Teatrımızın aktyorları onları evlərimizə qonaq apardıq. Elə bilirdik ki, evimiz villadır. Onlar elə bilirdi ki, məşq otağımızdır. Amma biz xoşbəxt idik.

Bizim teatrda gözəl gənclər yetişir. Amma o dövrün aktyorları, filmləri adi bir misra ilə yadda qalırdı. Bilmirəm nədən idi, bir kəlmə yadda qalırdı. Hərdən fikirləşirəm ki, yeni filmlərdə nələr yadda qalır? Tapa bilmirəm. Yenə də yaxşı filmlər, rejissorlar var. Gəncləri ruhdan salmaq olmaz. Uğur əldə edəcəyik.

Düzdür, indi də yeni gənc aktyor və rejissorlar yetişir. Gözəl əsərlər var. Aktyorlar filmə çəkiləndə sevinirəm. Deyirəm, ortaya məhsul gəlir. Amma mən dilə-ağıza düşən məhsul istəyirəm".

Aktrisa "Bu günə kimi arzuladığınız, amma oynaya bilmədiyiniz obraz olub" sualına belə cavab verib:

"O qədər arzuladığım işlər oldu ki... Əfsuslar olsun ki, mən teatra qədəm qoyanda binası təmirdə idi. Universiteti bitirib gəlmişdim. Akademik Milli Dram Teatrına dəvət aldım, getmədim ki balacaboyam. İndi orada balacaboy aktyorlar var. Qastrollara gedirdik, 10 il belə davam etdik. Teatrı yaşatmaq üçün bir gəncin 10 ili getdi. Həmin dövrdə oynayacağım obrazları oynaya bilmədim. Taetr açıldı, sonra yenə bağlandı. Günlər ömrümüzdən getdi. Tale belə gətirdi, istədiyim işləri həyata yetirə bilmədim. Bu və bəzi səbəblərdən... Amma bu günə şükür. Həmin dövrdə gözəl rollarım olub: "Ərzə" və digər saysız-hesabsız tamalar. İndi Cənnət Səlimova onu yenidən səhnəyə qoyub, orada mən qızın anasını canlandırıram.

İndiki obrazlarımı sevirəm, rəhbərlik, rejissorlarımız var. İnanıram ki, hələ çox gözəl obrazlar canlandıracağam.

Məni izləyənlər arasında şəhid anaları var idi. Onlara təşəkkür edirəm. Onları gəlişi məni sevindirdi".

Tamaşanı izləyənlər arasında, iş adamları, yazıçılar da yer alıblar. Onlar Nübar Novruzovanın obrazı haqda fikirlərini bölüşüblər. 

Şair Qızbəs Qəbələ tamaşa haqqında danışarkən "Nübar Novruzova bir möcüzə, "Ana" obrazının rəmzidir. Teatrlarda uzun- uzadı, tamaşaçını yoran  səhnələrə baxmaq maraqlı gəlmir. "Ağ ölüm" tamaşasına yollandım. "Ağ ölüm" əsrin faciəsi olan narkomaniyanın gətirdiyi fəlakətlərdən bəhs edən  birpərdəli psixoloji dram əsəridir. İnanın ki, bəlkə də mən həyatımın dönüş nöqtəsini yaşadım həmin gün. Tamaşa məndə elə böyük təəssürat yaratmışdı ki... Həmin gündən sonra Nübar Novruzovanın oynadığı tamaşalara qatılıram. Bir ailənin dramı olan əsərdə Nübar xanım ana obrazını o qədər möhtəşəm canlandırır ki, insan tamaşanın təsirindən uzun müddət çıxa bilmir. Təsadüfi deyil ki, Nübar xanımı xalqımız bax bu nadir istedad və bacarığına görə, " Ana" obrazının mükəmməl təqdimatına  görə səhnəmizin "Ana"sı adlandırırlar" sözlərini əlavə edib. 

Dünya Azərbaycanlıları Mədəniyyət mərkəzinin vitse-prezidenti, “Ümidlə gəl” xeyriyyə layihəsinin rəhbəri Hacı Quliyev isə fikirlərini "Tamaşa olduqca xoş təsir bağışladı. Hüseyn Cavid dramlarını oynamaq çətin olsa da, bizim dəyərli aktrisamız Nübar Novruzova bu rolu tamaşaçıya hər zaman olduğu kimi, böyük məharətlə çatdıra bildi. Oğlunun qatili olmasına baxmayaraq verdiyi sözün ağası, mərdlik və cəsarət simvolu bir ananın psixoloji ruhunu tamaşaçıya çatdırmaq və ona bu hissləri yaşatmağı, yalnız illərin peşəkarı bu məharətlə oynaya bilərdi.  Zamanəmizdə səmimmiyətin azaldığı bir dönəmdə tamaşanın bütün aktyor tərkibi bizə böyük bir emosiya fırtınasını yaşatdı. Gözəl və peşəkar aktrisamız Nübar Novruzovanı bizə yaşatmağı bacardığı möhtəşəm anlara görə  təbrik edirəm" sözləri ilə bölüşüb. 

Şair Gülzar Şəmkirli "Bu tamaşada Nübar Novruzovanın bu obrazı "Əsrin anası"dır. Hətta bu cür yazı da hazırlamışdım. Bu obrazına görə o, bizi heyran edib. Eyni zamanda mən Nübar Novruzovaya şeir həsr etmişəm" deyə, akrtisa haqqında fikirlərini bölüşüb. 

Aparıcı Ramilə Bünyatova “Obrazını elə canlandırıb ki, sanki orada ana elə Nübar Novruzova özüdür. Rolunu izləyənlərə elə mənimsətdi ki... Nübar xanımı və digər aktyorları təbrik edirəm. "Ana" əsərini bizə mənimsətdikləri üçün təşəkkür edirəm. Allah Nübar Novruzovaya can sağlığı versin. Peşəkar sənətkardır, bol uğur arzulayıram. Zövq aldım tamaşadan. Zalda oturanlar Nübar xanımın roluna ağlayırdı. Sağa dönürdüm ağlayan, sola çevrilirdimdi ağlayan. Rolunu o qədər gözəl çatdırdı tamaşaçılara. Tamaşa əsl anşlaqla keçib. Nübar Novruzova peşəkar sənətkardır” sözlərini əlavə edib.

Zəhra Əhmədova

Foto+Video Orxan Şərəfxanov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:254
embedMənbə:https://axsam.az
archiveBu xəbər 04 Dekabr 2024 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see294

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see278

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see273

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see239

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see226

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see218

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see212

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see210

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see202

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see201

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see199

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see195

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see192

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see187

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see182

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see179

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see178

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see178

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see165

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri