Icma.az
close
up
RU
Oğul atasını dəfələrlə döydü, cəzası ağır oldu

Oğul atasını dəfələrlə döydü, cəzası ağır oldu

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kürdəmir rayonunda ata və oğul arasında yaşanan mübahisə sonda cinayətlə nəticələnib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin iyulun 3-də rayonun Dəyirmanlı kəndində baş verib. 
2003-cü il təvəllüdlü Məhəmməd Səlimov kənddə yerləşən birgə yaşadıqları evin həyətində atası Mətləb ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı ağacla onun bədəninin müxtəlif nahiyyələrindən bir neçə dəfə vurub. 
Hadisəni törədən Məhəmmədin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Məhəmməd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Mətləb onun doğma atasıdır, ata kimi özünü apara bilmədiyi üçün ailə dağılıb: “Atamın yersiz hərəkətləri ucbatından anam Tükəzban bezərək evdən getdi. Hazırda Bakı şəhərində kirayədə qalır, bacım Şamaxı rayonunda kollecdə oxuyur və tətillərdə anamın yanına gedir, kiçik qardaşı onunla birlikdə yaşayır”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, hərbi xidmətdən çıxdığına görə psixoloji gərginlik və depressiya içində yaşayır: “Atam məni bu vəziyyətdən çıxarmaq əvəzinə yerli-yersiz polisə şikayət edir, tutulmağıma çalışır. İyulun 3-də, saat 15 radələrində yaşadığımız evin həyətində atama nəyə görə barəmdə şikayət etdiyini bildirdim. Bu zaman aramızda mübahisə yarandı və dalaşdıq. Atamı ağacla vuraraq ona xəsarət yetirdim”. 
Təqsirləndirilən şəxs bildirib ki, əməlindən peşmandır və atasından üzr istəyərək onu bağışlamasını istəyib: “Bundan sonra belə hərəkətlərə yol verməyəcəyim,imkan olan kimi müalicə olunacam və yaşadığım depressiya vəziyyətindən çıxacağıma söz verirəm”. 
Bu işə Kürdəmir Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Məhəmməd 11 ay 2 gün müddətə azadlığın məhdudlaşdırılması və 1000 manat cərimə cəzaları alıb.
Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Kürdəmir rayonu Dəyirmanlı kəndində yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək,  elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayon ərazi hüdüdlarını tərk etməmək, müvafiq  məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.
Təqsirləndirilən şəxs bundan əvvəldə məhkum olunub. Həmin dövrdə də Məhəmməd atasını döyməkdə ittiham olunub. O, bu ilin iyunun 27-də atasını ona çox yatmasını irad bildirməsi üstündə döyərək, ona müxtəlif dərəcəli xəsarət yetirib. Həmin ittihama görə də o, Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib və 1000 manat miqdarında cərimə olunub. 
Məhkəmə sənədlərindən məlum olub ki, Məhəmməd Müdafiə Nazirliyinin hərbi qulluqçusu olub, xidmət dövrü ərzində intizamsız hərəkətlərinə görə xidmət etdiyi hərbi hissədən təxris olunub. 
Hazırda Məhəmməd atasına məxsus olan Dəyirmanlı kəndində yerləşən evdə yaşayır. Təxminən bundan əvvəl də Məhəmməd atasını yaşadığı evdə döyüb xəsarət yetirdiyi üçün onun barəsində Kürdəmir Rayon Polis Şöbəsinə şikayət edib. 
Məhəmmədin barəsində həmin dövrdə də Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən cinayət işinin başlanıb, araşdırma müddəti ərzində ata oğlu Məhəmmədlə barışdığı üçün onun barəsində başlanmış cinayət işinə xitam verilib.
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 28 Noyabr 2025 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see305

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see293

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see281

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see263

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see251

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see243

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see234

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see234

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see229

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see226

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see219

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see209

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see194

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see187

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see187

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see182

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri