Icma.az
close
up
RU
Oğul atasını süfrə arxasında öldürdü Təfərrüat

Oğul atasını süfrə arxasında öldürdü Təfərrüat

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xaçmaz rayonunda atası Hacıkərim Nəmətovu öldürməkdə təqsirli bilinən 1987-ci il təvəllüdlü Pərvin Nəmətovun məhkəməsi başa çatıb.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, qətl hadisəsi 14 may 2022-ci ildə, saat 15 radələrində Xaçmaz rayonu Niyazoba kəndində baş verib.

Pərvin Nəmətov ərazisində yerləşən fərdi yaşayış evində süfrə başında ailə üzvləri ilə birlikdə nahar edərkən əvvəllər mütəmadi olaraq onu danlaması, ona və ailə üzvlərinə qarşı kobud rəftar etməsinə görə aralarında ədavətli şəxsi münasibətləri olan atası Hacıkərim onun arvadına aqressiv şəkildə cavab verməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı atasının onun ünvanına nalayiq ifadələr işlətməsinə görə qisas niyyəti ilə onu öldürmək qərarına gəlib.

Bu məqsədlə ayağa duran oğul masanın üzərindən mətbəx bıçağını götürüb və divanda oturmuş atasına zərbələr yetirib. Hacıkərim aldığı xəsarətlərdən ölüb.

İstintaq orqanı tərəfindən Pərvin Nəmətovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Pərvin bildirib ki, zərərçəkmiş Hacıkərim onun atasıdır:

“Biz ailədə üç övladıq. Mən evin ən böyüyüyəm. Məndən balaca Nəbi adlı qardaşım, Sevinc adlı bacım var. Nəbi Bakı şəhərində, Sevinc isə Xaçmaz rayonu Suxtakələ kəndində yaşayır. 2021-ci ildə ailə həyatı qurmuşam və birgə nikahımızdan Nuray adlı 1 qız övladımız dünyaya gəlib. Mən ailəm ilə birlikdə Xaçmaz rayonu Niyazoba kəndində yerləşən atama məxsus evdə yaşayıram. Anam da bizimlə bir yerdə yaşayır və anam onkoloji xəstədir. Mənim Niyazoba kəndində ayrıca evim olsa da, həmin ev tam təmirli olmadığından atamgillə qalıram. Atam heç bir yerdə işləməyib, mal-qara saxlamaqla, evin həyətində tərəvəz məhsulları əkməklə məşğul olub. Özümə məxsus traktorla kənd ərazisində müxtəlif şəxslərin torpaq sahələrində yer şumlayaraq ailəmi dolandırıram”.

Təqsirləndirilən şəxs qeyd edib ki, atası Hacıkərim ilə heç vaxt münasibəti normal olmayıb:

“Atam hər gün evdə hamını danlayır, söz-söhbət salır, məndən və arvadımdan evindən getməyimizi tələb etdi. Hətta mən əsgər getməmişdən qabaq dəfələrlə saxladığımız mal-qara örüşdən gələnə qədər atam məni evə buraxmadı, dəfələrlə çöldə yatdım. Anam onkoloji xəstəlikdən əziyyət çəkir. Buna baxmayaraq, atam arada əsəbləşəndə anamı da döyüb. Ancaq atamın bizi bezdirməsi, bizə zülm verməsi və anamı döyməsi ilə bağlı atamdan heç bir vaxt hüquq mühafizə orqanlarına şikayət etməmişəm. Atamın adi bir şey üstündə adamı danlayıb, nalayiq ifadələrlə təhqir etməsi məni bezdirdi. Atamın başqa şəxslərlə də arasında münasibəti heç bir zaman yaxşı olmayıb”.

Pərvin bildirib ki, 14 may 2022-ci ildə, saat 15 radələrində yaşadıqları evdə ailəlikcə nahar ediblər:

“Həmin vaxt qayınanam Solmaz da bizə qonaq gəldi. Evin qonaq otağında hamımız süfrə başında əyləşdik. Mən stolun başında, qapı istiqamətində, atam divanın sol küncündə, anam da atamın yanında oturmuşdu. Arvadım Nərgiz anamla, qayınanam Solmaz isə atamla üzbəüz istiqamətdə stulda əyləşmişdi. Yemək yeyən zaman Hacıkərim söhbət edərkən həyətdəki şitillərin basdırılmasında qayınanamdan kömək etməsini xahiş etdi. Qayınanam da Hacıkərimə etiraz etmədi və razılığını bildirdi. Həmin vaxt Nərgiz atama nəsə dedi. Lakin hazırda Nərgizin nə dediyini xatırlamıram. Hacıkərim isə Nərgizin sözündən sonra özündən çıxaraq arvadım ilə acıqlı danışmağa başladı. Mən atama etiraz etdim, heç nə olmadan niyə acıqlı danışdığını soruşdum. Atam mənimlə də yüksək tonla danışdı, məni təhqir etməyə başladı və aramızda mübahisə düşdü. Hacıkərimin bu hərəkətlərindən artıq təngə gələrək onu cəzalandırmaq qərarına gəldim. Çünki evdə nə qədər söz-söhbət olar? Yediyim çörək də burnumdan gəlib. Atamın nalayiq ifadələrindən sonra ayağa qalxaraq stolun üstünə diqqətlə baxmadan əlimi ataraq nəsə götürdüm və stolun başından fırlanaraq atama yaxınlaşdım. Əlimdəki əşya ilə “bəsdir də, nə qədər olar, bu zülm, uje bizi bezdirmisən” sözlərini dedim. Sonra atamın qoluna vurdum. Bu zaman əlimdəki əşyanın bıçaq olduğunu və bıçağın atamın qoluna batdığını gördüm. Ancaq atamı bıçaqla vurmaq fikrim olmayıb. Sadəcə atamın sakitləşməsi, bir daha bizi bezdirməməsi üçün cəzalandırmaq istəmişəm. Atamın üstünə gedəndə arvadım da stuldan durdu və arxamca gəldi, məni dartaraq evin həyətinə çıxardı. Həyətdə bir qədər oturdum. Ailə üzvlərim tərəfindən dərhal təcili tibbi yardıma məlumat verildi və atamın bıçaqla vurduqdan sonra onun öləcəyini bilməmişəm. Bir müddət sonra təcili tibbi yardım həkimləri gələrək atamın öldüyünü dedilər. Təcili tibbi yardımın həkimləri tərəfindən Xaçmaz Rayon Polis Şöbəsinə məlumat verildi. Evimizə gələn polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirildim. Etdiyim əməldən peşmanam”.

Təqsirləndirilən şəxs bildirib ki, atası ilə arasında münasibət heç vaxt yaxşı olmayıb:

“Atam mənimlə elə davranıb ki, elə bil Hacıkərimin oğlu yox, düşməniyəm. Atam hər gün xırda şeylər üstündə məni danlayıb, söz-söhbət salıb və ünvanıma nalayiq ifadələr işlədib. Atamın etdikləri artıq məni təngə gətirdi. Mən Hacıkərimin hərəkətlərinə dözə bilməmişəm. Amma atamı öldürmək niyyətim olmayıb. Əsəbimdən stolun üstünə baxmadan əlimi ataraq bıçağı götürmüşəm. İlk öncə əlimdəkinin qaşıq olduğunu zənn etmişəm. Əlimdəki əşya ilə atamın qoluna vurandan sonra əlimdəki əşyanın bıçaq olduğunu bilmişəm. Mənim anama və ya atama əzab, işgəncə vermək niyyətim olmayıb”.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Pərvin Nəmətovun əməli Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilib.

Pərvin Nəmətov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. O, barəsində olan cəzanın yüngülləşdirilməsini xahiş edib.

Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə Pərvin Nəmətovun apellyasiya şikayəti təmin olunmayıb.

Bu qərardan təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən kassasiya şikayəti verilib.

Ali Məhkəmədə hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara görə, kasasiya şikayəti də təmin olunmayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://axar.az
archiveBu xəbər 23 May 2025 09:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see380

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see376

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see348

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see310

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see256

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see250

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see230

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see218

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see211

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see205

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see205

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see204

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see179

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see169

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see168

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see167

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see166

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see166

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see166

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri