Icma.az
close
up
RU
Oğul, qayıt kəndə gəl: Bakıya axının qarşısını necə almaq olar?

Oğul, qayıt kəndə gəl: Bakıya axının qarşısını necə almaq olar?

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Deputat Zahid Orucun Milli Məclisin ötən iclasında elektrik və qaz tariflərinin azaldılması ilə bağlı səsləndirdiyi fikirlər geniş müzakirələrə səbəb olub.

Bakıvaxtı.az xəbər verir ki, millət vəkili sözügedən çıxışda əhalinin paytaxta axının qarşısı almaq, kəndlərə böyük qayıdışı təmin etmək üçün bütün sərhədyanı ərazilərdə elektirk və qaz tariflərini 3 dəfə azaltmağın lazımlığını bildirib.

Təklif digər deputatlar tərəfindən də müsbət qarşılanıb. Həmkarları da Zahid Orucun fikirlərini dəstəkləyib və bu istiqamətdə addımlar atılmasının vacib olduğunu nəzərə çatdırıb.

Fazil Mustafa, deputat

Deputat Fazil Mustafa Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, bu kimi addımların atılması vacibdir. Onun sözlərinə görə, bunlar stimullaşdırıcı xarakter daşıyır və belə məsələlərdə sosial mühitin rolu mühüm əhəmiyyət kəsb edir.

Deputat nəzərə çatdırıb ki, arzuolunan sosial mühitin olmadığı bölgələrdə insanlar həmin yerləri daha çox tərk edirlər.

Müsahibimiz bəzi hallarda kənd yerlərində maddi yaşam şərtlərinin şəhərlə müqayisədə daha üstün olmasına baxmayaraq, insanların sosial və psixoloji baxımdan istədiklərini tapa bilmədiklərini söyləyib:

“Məsələn, aztəminatlı ailələr, yaxud da nağd pula ehtiyac duyan şəxslər müəyyən problemləri həll etməkdə çətinlik çəkirlər. Halbuki natural təsərrüfatları var, müəyyən imkanlar da mövcuddur. Amma nağd vəsaitin əldə olunması, xüsusilə də kommunal xərclərin yüksəkliyi səbəbindən insanlar ciddi çətinliklərlə üzləşirlər”.

F.Mustafa hesab edir ki, qeyd olunan təklif kifayət qədər əhəmiyyətlidir və onun üzərində ciddi şəkildə düşünmək lazımdır. Həmsöhbətimiz xatırladıb ki, “Böyük qayıdış” prosesi hazırda Qarabağ bölgəsində həyata keçirilir və ölkə prezidenti bu sahəyə xüsusi diqqət yetirir. Lakin digər bölgələrin də nəzərdən keçirilməsi vacibdir.

Hazırda Bakının istənilən ərazisinə, istər yaşayış massivlərinə, istərsə də bağ sahələrinə getsək, orada işsizlik və sosial şərtlərin fərqliliyi səbəbindən kəndlərini tərk edərək paytaxta üz tutmuş insanlarla qarşılaşıldığını deyən millət vəkili əlavə edib ki, onların bir çoxu gözətçi, fəhlə, daşıyıcı və ya kuryer kimi fəaliyyət göstərirlər:

“Təəssüf ki, bu insanların əhəmiyyətli bir hissəsi ali təhsilli şəxslərdir. Əgər biz bu insanların taleyini ciddiyə almasaq, nəticələr ağır ola bilər”.

Fazil Mustafa onu da vurğulayıb ki, həmin insanların böyük əksəriyyəti ailəsindən uzaqda qalır, ailə birliyi zəifləyir:

“Bəziləri aylarla evlərinə qayıda bilmir. Bu da həm ailə münasibətlərinə, həm də uşaqların təhsilinə mənfi təsir göstərir. Nəticədə isə sosial parçalanma və gələcəkdə daha ciddi sosial problemlər qaçılmaz olur”.

Razi Nurullayev, deputat

Deputat Razi Nurullayev Bakıvaxtı.az-ın əməkdaşı ilə söhbətində bildirib ki, şəhərlərə olan axının qarşısını almaq üçün müxtəlif mexanizmlərin həyata keçirilməsi vacibdir və sözügedən təklif də həmin mexanizmlərdən birini təqdim edir. Onun dediyinə görə, bu kimi təşəbbüsləri müxtəlif pilot layihələr formasında reallaşdırmaq mümkündür.

R.Nurullayevin sözlərinə görə, ilkin mərhələdə bir neçə rayonu və ya 7-8 kəndi pilot ərazi kimi seçmək olar. MM üzvü əlavə edib ki, layihə bu bölgələrdə tətbiq olunduqdan sonra bir neçə ay və ya bir il ərzində onun nəticələrini təhlil etmək mümkündür:

“Bu zaman vətəndaşların həmin ərazilərə qayıdıb-qayıtmadığı, sosial və iqtisadi baxımdan hansı irəliləyişlərin əldə olunduğu aydın görünər”.

Deputat insanların rayonlarda və kəndlərdə qalması üçün ilk növbədə normal əmək haqqı təklif edən iş yerlərinin yaradılmalı olduğunu vurğulayıb. Qeyd edib ki, insan yalnız yaşamaq üçün yox, eyni zamanda dolanışığını təmin etmək və yaxşı şəraitdə yaşamaq üçün həmin ərazidə qalmağa razı olar.

Nurullayev onu da bildirib ki, istirahət imkanlarının təmin edilməsi də çox vacibdir. İnsanlar istirahət vaxtlarını səmərəli və keyfiyyətli keçirmək istəyirlər.

Həmsöhbətimiz qeyd edib ki, rayon və kəndlərdə normal istirahət zonaları, əyləncə mərkəzləri, mədəniyyət və idman obyektləri yaradılmalıdır. Onun fikrincə, insan şəhərdə hansı xidmətləri əldə edirsə və hansı imkanlara görə şəhərə üz tutursa, eyni və ya oxşar şərait onun yaşadığı bölgədə də təmin olunmalıdır:

“Axı insanlar nə üçün Bakıya gəlirlər? Çünki düşünürlər ki, burada daha yaxşı şərait var. Daimi su, qaz, istilik, işıq, iş imkanları, mədəni istirahət məkanları, kinoteatr, teatra çıxış, velosiped sürə biləcəkləri yerlər, bulvarda gəzmək imkanı, dostları ilə vaxt keçirə biləcəkləri mühit var. Bu ehtiyaclar təmin olunmadıqca, təbii ki, insanlar yaşayış üçün şəhəri seçəcək. Amma əgər eyni şərait rayon və kəndlərdə də qurularsa, insanlar şəhərə axın etməz. Bu səbəbdən təklif olunan təşəbbüs çox yerindədir və pilot layihə kimi bir neçə ərazidə sınaqdan keçirilməyə dəyər”.

Mina Mikayılova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 05 İyun 2025 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see250

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see227

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see199

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see151

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see140

Qarabağ dan möhtəşəm qələbə: Ağdam 3:2 Frankfurt

21 Yanvar 2026 23:52see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri