Icma.az
close
up
RU
Oğurladığı paltarla Tiktokda canlı yayıma çıxdı, həbs olundu FOTO

Oğurladığı paltarla Tiktokda canlı yayıma çıxdı, həbs olundu FOTO

Tribuna saytına istinadən Icma.az xəbər verir.

300 mindən çox izləyicisi olan tiktoker oğurluğa görə saxlanılıb.

Tribunainfo.az xəbər verir ki, ABŞ-nin Florida ştatında yaşayan, TikTok-da 300 mindən çox izləyicisi olan Marlena Velez adlı 22 yaşlı gənc “Target” mağazasından oğurluq etdiyinə görə saxlanılıb. O, mağazadan 30 oktyabrda 500 dollar dəyərində mal oğurlamaqda ittiham olunur.

Mağazanın təhlükəsizlik xidməti bildirib ki, şübhəli şəxs özünü ödəmə kassasında saxta barkoddan istifadə edərək əşyaların qiymətini aşağı göstərib və bu yolla 16 müxtəlif malı, o cümlədən məişət əşyaları və geyimləri oğurlayıb. Mağazanın təhlükəsizlik kameralarındakı görüntülər araşdırıldıqdan sonra polis ictimaiyyətdən şübhəlinin kimliyini müəyyənləşdirmək üçün sosial şəbəkələrdə foto paylaşıb. Velezin izləyicilərindən biri anonim zəng edərək bu barədə məlumat verib və onun Instagram hesabını, həmçinin TikTok səhifəsini təqdim edib.

Polislər TikTok-da həmin gün çəkilmiş bir videoda Velezin oğurluq zamanı geyindiyi eyni paltar və eynəyo taxdığını aşkar edib. Həmin video artıq silinsə də, orada Velez-in Target mağazasından alış-veriş etdiyini və daha sonra əşyaları avtomobilinə yerləşdirdiyini göstərən kadrlar olub.

Cape Coral Polis Departamentinin nümayəndəsi Riley Carter bildirib ki, “O, əslində özünü sosial mediada ifşa edib. Sosial şəbəkələr bizə gözlənilməz dəlil təqdim etdi və bu, onun tez bir zamanda müəyyən edilib saxlanılmasına kömək etdi.”

İki uşaq anası olan Velezin həbs edilməs barədə qərar verilib.

Onun 2019-cu ildə 17 yaşında olarkən avtomobil oğurluğuna görə həbs edildiyi məlum olub. Həmin vaxt o, dostunun avtomobilini oğurlayaraq qəza törədib.

Qeyd edək ki, Azərbaycanda da ötən gün tiktoker “Beniz” ləqəbli tiktoker Aybəniz Xəlilov saxlanılıb. O, dələduzluqda ittiham edilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 25 Noyabr 2024 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see252

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see239

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see196

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see186

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see186

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see182

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see173

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see155

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see146

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see140

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see137

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see132

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see130

20 istiqamətdə tıxac var

10 Dekabr 2025 08:38see129

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

10 Dekabr 2025 08:40see127

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see127

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see122

“Qarabağ”ın Niderlanddakı tarixi qolunun müəllifi: “Ayaks” yaxşı durumda olmasa da, ehtiyatlı olmaq lazımdır”

10 Dekabr 2025 17:05see122

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see121

ABŞ da universitetdə atışma olub, ölən var YENİLƏNİB

10 Dekabr 2025 04:45see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri