Icma.az
close
up
RU
“Oğurlanan uşaqlıq…” Pərviz Yəhyalı YAZIR

“Oğurlanan uşaqlıq…” Pərviz Yəhyalı YAZIR

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Oğurluq hansı situasiyada baş verməsindən asılı olmayaraq qəbahətdir. İstənilən halda naqislik və mənəviyyatsızlıq hesab olunmalıdır. Zira bu pis əməl məqamına görə bağışlanılması mümkün olan və olmayan kateqoriyalara bölünə bilər. Məsələn hər hansı səbəb üzündən ailəsi aclıqdan əziyyət çəkən biri xırmandan bir-iki günlük çörək tələbatını ödəyəcək qədər buğda oğurlayarsa onun çarəsizliyinə görə atdığı addımını bağışlamaq olar. Ancaq hər hansı imkansızlıq diqtəsi səpin üçün toxuma  uzanan əl sahibinə heç cürə haqq qazandıra bilməz. Ata-babadan da belə el məsəli var “xırman üstə oğurluqdan keçmək olar, əkin üstə yox”.  Sadə məntiqsə belədir ki, oğurlanan hər buğda dənəsi biçində neçə-neçə canlının ruzisidir.

Bu gün biz böyüklər uşaqların uşaqlığını oğurlayırıqsa, onların qayğısızlıq dönəmini sözün əsl mənasında burunlarından tökürüksə, bizi bağışlamaq olarmı?

8-10 yaşlı məktəbli çantasındakı yükə görə onurğa sütununda fəsad əmələ gəldiyini görməmək üçün gərək ki kor olasan. Məktəbdə 6-7 saatlıq dərsi bitən anda repetitor yanına qaçan şağird evinə faktiki olaraq saat 7-8 üçün çatır. Məktəbin və əlavə hazırlığın tapşırıqlarını yerinə yetirmək üçün 15 yaşlı uşaq gecə saat ikiyə qədər oxumalı və səhər tezdən oyanıb yenidən fiziki əzab dolu günə başlamalıdır. Uşaqlığını əlindən aldığımız bütöv bir nəsil yetişdiririk. Kim zəmanət verir ki, həmin o nəsil 25-30 yaşdan sonra zorla kompleksə yoluxdurulan xarakteri ilə cəmiyyətdən hansı formadasa qisas almayacaq.

Təhsil idarəçiləri bütün vəclə kurs, repetitor institutunu çiçəkləndirir. Təbii ki, öz maraqları naminə. Dərsliklər eybəcər halda lazımsız yüklə qəsdən yüklənir ki, məktəbli mütləq həmin cənabların kurs, əlavə hazırlıq biznesinə fayda versin. Uşaqlığı oğurlanan uşaqlar oynamaqdan, istirahət etməkdən, idmandan məhrum böyüyür. Fərqinə də varılmır ki, hər 10 məktəblidən beşi bezdiyi yaşam tərzinə görə intihar etmək barədə düşünür.

Cənab təhsil idarəçiləri! Bilavasitə cavabdehlik daşıyan cənab nazir!

Siz məktəblərin təmir-tikintisinə ayrılan vəsaitdən, təhcizatına yönələn puldan, cürbəcür əməlyatlarla şübhəli tender uduşlarından, mətbələrlə ciblərinizə yönəli anlaşmalarınızdan, qrant-layihə fırıldaqlarınızdan gəlir əldə edə, dövlətin büdcəsinə xor baxa bilərsiz. Amma əmin olun, gec ya tez bir gün haqq etdiyiniz cəzaya çatacaqsız. Bunu dövlət-xalq birliyi edəcək, ya da haqdan layiq olduğunuza qovuşacaqsız. Can sizin cəhənnəm tanrının. Amma gec də olsa uşaqlara yaşatdığınız cəhənnəm əzabını bir az yüngülləşdirin. Bəlkə haqqın dərgahında nəzərə alındı.

Müəllimi də qoyduq kənara. Qaydalarınıza görə müəllimin ancaq vəzifələri ola bilər. Hüquqları olsa-olsa dolaşıq söz yığınından ibarət bəndlərdir. Ortaya atdığınız sertifikasiya oyununu əsas gətirərək müəllimlərin böyük bir qisminin faktiki olaraq son beş ildə maaş artımı olmamışdır. Halbuki büdcə təşkilatlarında işləyən hər bir işçi rəsmi infilyasiya göstəricisinə uyğun hər il müəyyən məbləğdə maaş artımı ilə təmin olunmalıdır. Sizcə 2020-ci ildəki bazar qiymətləri ilə indiki reallığın arasında olan fərqi görmək üçün Kolumb olub, Amerika kəşf etmək lazımdır? Siz müəllimlərin böyük qismininə 20-ci ildən bəri hansısa maaş artımı tətbiq etmədiyinizi bəlkə gizlətdiyinizi zənn edirsiz.

Bütün sadalananlara görə susmaq olar. Amma gələcəyimiz olan bu günün məktəblisinə zülm etməyiniz bağışlanmayacaq.

Bərbad dərsliklərin sırasına yeni əlavə olunan vəsaitin timsalında  nəzər yetirdiyimiz məqamlar maraqlı olar. Əminəm ki, faktiki dərs yükünə daxil edilən, VIII siniflər üçün Ortaq Türk Tarixi adlı dərs vəsaitini tövsiyə və təsdiq edənlər nəyə imza atdıqlarından xəbərləri belə yoxdur. Birincisi vəsait əslində dərslik statusndadır. Proqram məhz bu vəsaitə uyğun yazıldığından fənni tədris edən müəllim mütləq ondan dərslik kimi istifadəni məqbul sayacaq. Bəs gəlin görək bu əcaib-qəraiblik 8-ci sinif şagirdinin yaş psixologiyasının tələbləri nəzərə alınmaqlamı yazılıb? Qətiyyən yox! Vəsaitdə  lazımsız faktiki yük səriştəsizcəsinə həddən ziyadə çox verilib. Ümumiyyətlə qarışıq, hətta mübahisəli tarixi məqamları 13-14 yaşlı uşağa yükləmək kimin ideyasıdır və nəyə xidmət ediri anlamaq  çətindir.

Kanquy, Parkana,Kuşan, Jujan dövlətlərinin tarixini öyrənilməsini bir ilk kimi kim təklif etdiyini bilmirəm. Ancaq bildiyim bir həqiqət var ki, nə vaxtsa, bəlkə də yaxın gələcəkdə ziyanlı dərsliklərin təsdiq olunub şagirdlərin ixtiyarına verilməsinə görə məsuliyyət daşıyanların Azərbaycanda bir ilkə imza atılaraq  məhkəmə mühakiməsi olacaq.

Pərviz Yəhyalı 

Yazıçı, publisist

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:163
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 26 Sentyabr 2025 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see309

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see297

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see273

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see271

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see269

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see248

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see247

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see244

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see233

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see226

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see225

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see222

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see214

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see214

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see203

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see177

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri