Oğurlanmış qədim artefaktlar Suriyaya qaytarıldı
Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ hakimiyyət orqanları Suriyaya 36 ədəd oğurlanmış arxeoloji artefaktı qaytarıb.
Axar.az xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.
Qaytarılan artefaktlar arasında İŞİD terror təşkilatının Palmira qədim şəhərini dağıtdığı dövrdə qanunsuz yollarla ölkədən çıxarılan daşdan hazırlanmış kiçik heykəl də var.
Ümumi dəyəri 5 milyon dollardan çox olan arxeoloji nümunələr ABŞ-ın Nyu York şəhərində yerləşən Metropolitan İncəsənət Muzeyindən, eləcə də bir sıra qədim əşya kolleksiyaçılarından müsadirə edilib.
Məlumata görə, UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Palmira ərazisindən çıxarılan daş heykəl 2015-2017-ci illərdə qədim şəhərin böyük hissəsinin İŞİD tərəfindən dağıdılmasından əvvəl qanunsuz şəkildə ölkədən çıxarılıb.
Çəkisi 450 kiloqramdan çox olan əhəngdaşı heykəldə uzanmış vəziyyətdə təsvir edilən kişi fiquru, onun ətrafında isə bir qadın və üç uşaq əks olunub.
Suriyanın Vaşinqtondakı səfirliyinin işlər vəkili Məhəmməd Qənatiri bildirib ki, bu addım mədəni irsin qorunması istiqamətində davamlı əlaqələrin qurulmasına töhfə verə biləcəyini göstərir.
Qeyd edək ki, qaytarılan artefaktlardan 4-ü amerikalı qədim əşya kolleksiyaçısı Maykl Steynhartdan müsadirə olunub. Steynhart 2021-ci ildə ABŞ hökuməti ilə əldə etdiyi razılaşma çərçivəsində dünyanın müxtəlif ölkələrindən oğurlanmış 180-ə yaxın artefaktı geri qaytarıb. Həmin əşyaların ümumi dəyəri 70 milyon dollar təşkil edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 25 Sentyabr 2026 10:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















