Oğurluq edən keçmiş məhkum saxlanıldı
Unikal.az saytına istinadən Icma.az xəbər verir.
Abşeron rayonu ərazisində yerləşən evlərin birindən 2500 manat pul və məişət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 35 yaşlı R.Namazov müəyyən olunaraq saxlanılıb. Ondan psixotrop maddə olan metamfetamin aşkarlanıb.
Aparılan araşdırmalarla saxlanılan şəxsin Binəqədi rayonu ərazisində yerləşən evlərin birindən 3000 manat, 300 dollar pul vəsaiti, 4500 manat dəyərində qızıl-zinət əşyaları, noutbuk və 3 mobil telefonu oğurlaması da müəyyənləşdirilib.
Araşdırmalar aparılır.
Bu mövzuda digər xəbərlər:Silsilə oğurluq edən keçmiş məhkum saxlanıldı
11 Dekabr 2024 15:17
Baxış sayı:96
Bu xəbər 11 Aprel 2025 13:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















