Oğurluq etdiyi evi yandıran şəxs TUTULDU
Icma.az, Modern.az saytına istinadən bildirir.
Lənkəran rayonunun Göyşaban kəndindəki yaşayış evlərindən birindən 3000 manat dəyərində məişət əşyalarının oğurlanması, daha sonra həmin ünvanda yanğın baş verməsi barədə polisə müraciət daxil olub.
Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 37 yaşlı Elçin Quliyev saxlanılıb. Onun hadisədən sonra izi itirmək məqsədilə evdə yanğın törətdiyi də müəyyən edilib.
Polis əməkdaşlarının keçirdikləri digər tədbirlərlə rayon ərazisində evlərdən oğurluq etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 33 yaşlı İsmayıl Yüzbaşılı və 63 yaşlı Zakir Cəfərov da müəyyən edilərək saxlanılıblar. Onlardan psoxotrop tərkibli metadon həbləri də aşkarlanaraq götürülüb. Faktlarla bağlı araşdırmalar aparılır.
Baxış sayı:31
Bu xəbər 17 Yanvar 2026 16:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















