Oğuzda avtomobil ağaca çırpılıb, ər arvad və azyaşlı övladları xəsarət alıb
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bir ailənin üzvü olan Zaqatala rayon sakinləri Oğuzda yol qəzasında düşüb.
APA-nın Şimal-qərb bürosunun xəbərinə görə, hadisə axşam saat 17 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonu Bucaq kəndi ərazisindən keçən hissəsində baş verib.
Zaqatala rayon Cobankol kənd sakini Sarvan Piriyev idarə etdiyi “Mersedes” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşın yol kənarındakı ağaca çırpılıb. Qəza zamanı Sarvan Piriyev, həyat yoldaşı Cəhanə Piriyeva və 10 yaşlı övladları Ayan Piriyeva müxtəlif dərəcəli bədən xəsarəti alıblar.
Yaralılar Oğuz rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 04 Yanvar 2026 18:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















