Icma.az
close
up
RU
Oğuzda məktəblilərin skaut düşərgəsi maraqlı və yaddaqalan olub VİDEO

Oğuzda məktəblilərin skaut düşərgəsi maraqlı və yaddaqalan olub VİDEO

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Oğuz, 8 iyun, AZƏRTAC

Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIII qrant müsabiqəsində qalib gələn maraqlı layihələrindən biri icra olunub.

AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, "Fərdi layihələr" kateqoriyası üzrə qalib gəlmiş “Skaut dəstəsinin fəaliyyətinə resurs dəstəyi" layihəsinin Oğuz rayon Qarabaladır kənd ümumi orta məktəbində düşərgəsi təşkil edilib.

Üç günlük proqram çərçivəsində skautlar üçün müxtəlif praktiki və nəzəri təlimlər təşkil olunub. Düşərgədə 30 nəfər skaut və təlimçi iştirak edib.

Məktəblilər ilk düşərgənin təşkilində, çadır evlərin qurulmasında yaxından iştirak edib, fəallıq göstəriblər. Çünki yaşadıqları kənddə, təhsil aldıqları məktəbdə ilk dəfədir düşərgə salınır və onlar skaut qaydalarına uyğun təlimlərə, məşğələlərə cəlb olunublar.

Düşərgəyə qatılanlardan biri məktəbin VIII sinif şagirdi Nuray Qafarova bildirib ki, ilk dəfə skaut layihəsinin iştirakçısı olmaqdan sevinclidir. Layihə çərçivəsində təlimçilərin tapşırıqları, sinif yoldaşları ilə təşkil edilən müxtəlif oyunlar onlarda yüksək enerji və motivasiya yaradıb.

Məktəbin digər şagirdi Ayxan Məmmədli layihə iştirakıçısı kimi çox şanslı olduğunu vurğulayıb. İlk növbədə, həm yaşıdları, həm də digər siniflərin şagirdləri ilə müxtəlif mövzularda ünsiyyət quraraq, sosial məsələlərdə müzakirələr apardıqlarını bildirib. Ayxan təlimçilərin pozitivliyini xüsusi qeyd edərək əlavə edib ki, belə layihələr onların həyatında xüsusi iz buraxacaq və gələcək həyatlarında müsbət rol oynayacaq.

"Skaut dəstəsinin fəaliyyətinə resurs dəstəyi" layihəsi Oğuz rayon Qarabaldır kənd ümumi orta məktəbin təlim - tərbiyə işləri üzrə direktor müavini Nərmin Seyidova tərəfindən həyata keçirilib.

N. Seyidovanın sözlərinə görə, layihənin əsas məqsədi skautinq yolu ilə nəticəsi zəif olan şagirdləri mənalı fəaliyyətlərə cəlb etmək və dərsdənkənar fəaliyyətlər vasitəsilə qeyri-formal təhsilin təşviq edilməsini təmin etməkdir. O, qeyd edib ki, bu vasitə ilə məktəbli skautların müxtəlif sahələrdə, o cümlədən liderlik, komandanın idarə olunması, məsuliyyət daşıma və sosial münasibətlər kimi bacarıqlarının inkişaf etdirilməsi və gücləndirilməsi hədəflənir.

Layihə rəhbəri iştirakçıların intellektual və yaradıcı oyunlara cəlb edildiyini, müxtəlif mövzularda müzakirə və diskussiyalara qatılaraq rəy və fikirlərini də ifadə etdiklərini bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 İyun 2025 00:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri