Oğuzda toy məclisində dava: Bəyin xalası oğlu ayaqyolunda döyüldü
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Oğuz rayonunda toyda dava düşüb.
Oxu.Az-ın məlumatına görə, hadisə şəhər ərazisindəki şadlıq saraylarından birində baş verib.
Rayonun Muxas kənd sakini, 2001-ci il təvəllüdlü Emin Məmmədov (soyad şərtidir) şadlıq sarayında həmkəndlisinin toy mərasimində iştirak edib. Həddindən artıq spirtli içki qəbul edən E.Məmmədov toyda bəyin xalası oğlu Səxavətlə rastlaşıb. O, Səxavətlə söyüşlə zarafat edib və bu da Səxavətin etirazına səbəb olub. Etiraz davaya çevrilib və E.Məmmədov Səxavəti restoranın birinci mərtəbəsində yerləşən ayaqyoluna apararaq orada döyüb.
Hadisə nəticəsində Səxavət bədəninin müxtəlif nahiyələrindən xəsarət alıb.
Hadisə yerinə polis əməkdaşları gəliblər və faktla bağlı cinayət işi başlanıb, iş məhkəməyə göndərilib.
Oğuz Rayon Məhkəməsində aparılan istintaq zamanı tərəflər arasında barışıq elan olunub. Məhkəmənin qərarı ilə E.Məmmədova 2 min manat cərimə cəzası təyin edilib.
Samir Əli
Baxış sayı:117
Bu xəbər 01 Avqust 2025 08:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















