Icma.az
close
up
RU
Oğuzhan Uğur həbs edildi KONKRET

Oğuzhan Uğur həbs edildi KONKRET

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyədə “Ahbap” Dərnəyinin adına toplanan ianələrin şübhəlilərin şəxsi hesablarına köçürüldüyü iddiaları ilə bağlı aparılan istintaq çərçivəsində jurnalist və prodüser Oğuzhan Uğur da daxil olmaqla, daha doqquz nəfər həbs edilib.

KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində saxlanılan 10 şübhəlinin məhkəmə prosesi Çağlayandakı İstanbul Ədliyyəsində başa çatıb.

Məhkəmənin qərarı ilə Oğuzhan Uğur, Gülgün Öztürk, Suzan Düşküner, Emir Taşar, Emre Kartaloğlu, Hüseyn Küçük, Fatih Eke, Məhərrəm Karataş və Ersin Gökgün barəsində həbs qətimkan tədbiri seçilib.

İstintaq “cinayətkar təşkilat yaratmaq”, “ağır dələduzluq” və “cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması” maddələri üzrə aparılır. İstanbul Polis İdarəsinin Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsinin araşdırmaları, Maliyyə Cinayətlərinin Araşdırılması Şurası (MASAK) hesabatları və maliyyə əməliyyatlarının təhlili nəticəsində şübhəlilərin gəlirləri ilə uyğun gəlməyən yüksək məbləğli pul köçürmələri həyata keçirdikləri müəyyən edilib.

İstintaq materiallarında şübhəlilərin bir-birilərinə böyük həcmdə vəsait köçürdükləri, qumar hesablarına iri məbləğlər yatırdıqları və qısa müddətdə çoxsaylı daşınmaz əmlak əməliyyatları apardıqları iddia olunur.

Qeyd edək ki, istintaq çərçivəsində iyulun 12-də keçirilən əməliyyat zamanı “Ahbap” Dərnəyinin təsisçisi, müğənni Haluk Levent də daxil olmaqla, 17 nəfər saxlanılmışdı. Sonrakı əməliyyatlarla birlikdə iş üzrə həbs olunanların sayı 18-ə çatıb.

İstintaq çərçivəsində dərnəyin və bəzi şübhəlilərin aktivlərinə də həbs qoyulub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://konkret.az
archiveBu xəbər 21 İyul 2026 09:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see380

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see323

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see304

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see279

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see273

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see264

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see251

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see245

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see239

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see228

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see215

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see202

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see201

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see197

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see196

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see194

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see190

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see182

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see180

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri