Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Serialdakı Arda illər sonra (Foto)

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

İran Prezidenti: Amerikaya etibar etmirik

Ohanyanın həyasızlığı və Ermənistanda həbs dalğası

Ohanyanın həyasızlığı və Ermənistanda həbs dalğası

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Seyran gözünü yumub, ağzını açırsa...

“Bu antidövlət, antimilli hakimiyyət ölkəmizin idarəçiliyində qaldığı müddətdə milli dəyərlərin daşıyıcısı olan hər bir müxalifət nümayəndəsi və ya sadəcə hakimiyyəti tənqid edən istənilən vətəndaş onun hədəfində olacaq”. Bu fikirlər Xocalı cəlladı, Ermənistan parlamentinin səlahiyyət müddəti başa çatmış “Ermənistan” fraksiyasının rəhbəri Seyran Ohanyana məxsusdur. Görünür, “Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Sarukyanın həbsi Ohanyanın da kürkünə birə salıb və buna görə isterikaya qapılıb.

Bəli, Ohanyanın dedikləri, ümumən, erməni müxalifəti daxilindəki isterik durumun bariz təzahürüdür. Seyran digər revanşist və şovinistlər kimi, özünün də həbslə üzləşəcəyi günü gördüyündən, vay-şivən qaldırır. Qeyd edək ki, Ermənistanın ikinci prezidenti, daha bir Xocalı cəlladı Robert Koçaryanın rəhbərlik etdiyi və S.Ohanyanın da tərkibində təmsil olunduğu “Ermənistan” bloku Sarukyanın həbsi ilə bağlı bəyanat yayıb. Seyran isə özünün isterik musiqisini məhz həmin bəyanatın notlarına kökləyib.

Ohanyan bildirib ki, Sarukyanın Milli Təhlükəsizlik Xidmətinin əməkdaşlarının müşayiəti ilə İstintaq Komitəsinə aparılmasını əks etdirən videogörüntülər qanunun, əxlaqın və insan məntiqinin bütün normalarını açıq şəkildə tapdalayır: “Bu, ictimai şəkildə alçaltmalar, namərdcəsinə yerə yıxmalar və daha sonra məhkəmə qərarı ilə həbslər bir daha göstərdi ki, din xadimlərinə, tanınmış erməni xeyriyyəçi Samvel Karapetyana, həmkarımız Artur Sarkisyana, müxalif bloklara, partiyalara, eləcə də çoxsaylı media nümayəndələrinə qarşı həyata keçirilən proseslər siyasi repressiyadır, zəif, xırdaçı və mənəviyyatsız şəxsin qisasıdır”.

Aydındır ki, S.Ohanyan “zəif, xırdaçı və mənəviyyatsız şəxs” olaraq Ermənistanın Baş naziri Nikol Paşinyanı nəzərdə tutub. O, özünün sosial şəbəkə hesabında təsvir etdiyi durumu Nikolun və komandasının iş üslubu kimi qələmə verməklə yanaşı, ənənəvi “Artsax” sərsəmləməsinə keçid alıb, cəfəng ritorikasına Ermənistanın 2020-ci ilin 44 günlük müharibəsindəki məğlubiyyətini daxil etməyi yaddan çıxarmayıb.

Yəni Ohanyan əlinə düşən hər fürsətdə yaxın keçmişi xatırlamaqla, Azərbaycan-Ermənistan sülhünün mümkünsüzlüyü barədə rəy yaradır. Bu rəydə isə ölkədəki mövcud hakimiyyəti devirmək çağırışları var. Hər halda, Ohanyanın milli-mənəvi dəyərlər mövzusunda manipulyasiyalara baş vurmaqla, xalqı Paşinyan iqtidarını uzaqlaşdırmağa səslədiyi aydındır. Onun “Ermənistanı bugünkü vəziyyətə gətirib çıxarmış, “Artsax”ı təslim, Erməni Apostol Kilsəsini təqib edən, antidövlət və antimilli hakimiyyət” ritorikası fikrimizin sübutudur.

Təzadlı məqam budur ki, S.Ohanyan sosial şəbəkə paylaşımının sonunda, bir növ, inam aşılayırmış kimi fikirlər bildirib. O, qisasın alınacağını və ədalətin bərpası gününün mütləq gələcəyini yazır: “Bu cinayətkar özbaşınalıqda həm sifariş verənlər, həm əmri verənlər, həm də sürü halında “əmri yerinə yetirən” və əslində, özlərini alçaldan və biabır edən həmin miskinlər mütləq məhkəmə qarşısına çıxacaqlar. Tanrının hökmü qarşısında duyacaqları qorxu isə ömürləri boyu hər an onları təqib edəcək”.

Əslində, S.Ohanyanın isterikasına münasibət bildirməmək də olardı. Necə deyərlər, it hürər, karvan keçər. Amma sırf diqqətə çatdırdığımız sonuncu fikrinə görə bəzi məqamları vurğulamaq lazımdır. Məsələ ondadır ki, Ohanyan Ermənistanda Tanrının sərt ədaləti ilə üzləşməli olanların ilk sırasındadır. Nəzərə alaq ki, ən böyük haqsızlıq qonşu torpağına göz dikmək, quldur kimi başqalarının ərazilərini ələ keçirmək, talan etmək, insanlara zülm, zillət və faciə yaşatmaqdır. Ohanyan Birinci Qarabağ müharibəsi zamanı bütün bu kimi bəşəri dəyərlərdən uzaq hərəkətləri edib.

S.Ohanyan İkinci Qarabağ müharibəsi gedişində kişiləşib o vaxt işğal altında olmuş Şuşaya gəlsə də, qorxusundan siçan kimi şəhərdən qaçmaq məcburiyyətində qalmışdı. İndi isə bu məxluq durub ucuz sentimentalizmə və populizmə güc verməkdədir. Sual olunur: Seyran belə “Artsax” sevdalısı idisə, nə üçün Şuşada qalıb döyüşmədi? Döyüşüb ölə bilərdi. Bunu etmədi, çünki hazırda kimlərəsə nəzərən dilə gətirdiyi miskinlik, habelə rəzillik xaraktersizliyinin əsl daşıyıcısı elə onun özüdür.

Sonda bir daha Tanrının ədaləti barədə. Məlum olduğu kimi, ədalət Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə təcəlli edib. Ədalət həm də Xocalı qatillərinin, həmçinin Azərbaycan torpaqlarında insaniyyət əleyhinə çoxsaylı cinayətlər törətmiş başqa erməni separatçılarının da Bakıda həbsxana həyatı yaşamaq aqibəti ilə üzləşmələridir. Ədalət, eyni zamanda, S.Ohanyan və onun kimilərinin yolunun da dəmir barmaqlıqlar arasına düşməsidir. O gün isə uzaqda deyil. 44 günlük müharibə zamanı Seyranın soyadını daşıyan “Ohanyan xətti” Azərbaycan əsgərlərinin şücaəti nəticəsində necə yerlə bir olmuşdusa, Ohanyanın özü də həbsxanada çürüyərək eyni taleyi yaşayacaq. İndilik sərsəmləməsində olsun. Onsuz da bacardığı başqa nə isə yoxdur.

Ə.CAHANGİROĞLU
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 İyul 2026 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see349

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see345

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see333

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see292

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see262

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see243

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see224

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see208

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see189

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see187

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see186

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see186

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see184

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see175

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see172

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see171

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see169

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see160

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see160

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri