Icma.az
close
up
RU
Okamponun açıqlamaları ciddi suallar doğurur ŞƏRH

Okamponun açıqlamaları ciddi suallar doğurur ŞƏRH

Icma.az, Olke.az saytına istinadən bildirir.

Avropa siyasi institularında erməni lobbisinin fəallığı və Avropa İttifaqının yüksək rəhbərliyində korrupsiyanın hansı həddə çatdığını ifşa edən video üzə çıxıb.

BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin sabiq prokuroru Luis Moreno Okampo və oğlu Tomas Moreno Okampoya məxsus görüntülərdə Avropa siyasətinin erməni lobbisinin təsirində olduğu faktı etiraf olunub. Videoda ata və oğul məqsədləri və bu məqsədlərə çatmaq üçün istifadə etdikləri alətlər barədə danışıblar.

Luis Okampo çəkinmədən komandasında əvvəllər Avropa Parlamentində yüksək vəzifələr tutmuş şəxslərin olduğunu da bildirib. Onun açıqlamasından bəlli olur ki, onlardan biri də vaxtilə Aİ-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı vəzifəsini tutan Cozef Borreldir. Okampo bildirir ki, bu adam indi Avropa Parlamentində məhz onun üçün işləyir. Hətta o qeyd edir ki, Avropa Parlamentində çıxış edə, suallar qaldıra, onları yönləndirə və komissar fon der Lyayenə təzyiq göstərə, beləliklə Avropa siyasətini formalaşdıra bilir.

Qeyd edək ki, Luis Moreno Okampo Azərbaycan ictimaiyyəti üçün yad fiqur deyil. Vaxtilə beynəlxalq hüquq platformalarında fəaliyyət göstərmiş bu şəxs son illərdə erməni lobbi dairələrinin əsas təbliğat fiqurlarından birinə çevrilib. Onun fəaliyyəti uzun müddətdir manipulyativ iddialar, dezinformasiya, Azərbaycana qarşı qərəzli ritorika və dini-etnik həssaslıqlar üzərindən qurulan kampaniyalarla müşayiət olunur.

Burada diqqət çəkən vacib detal ondan ibarətdir ki, beynəlxalq hüquq institutlarında çalışmış şəxslərin sonradan açıq siyasi-lobbi fəaliyyətinə qoşulması artıq qlobal siyasətdə yeni tendensiyaya çevrilir. Bu isə beynəlxalq hüquq sisteminə olan etimadı zəiflədir. Çünki hüquq müdafiəçisi və ya beynəlxalq prokuror statusu daşıyan şəxslərin siyasi sifarişlərlə əlaqələndirilməsi həmin institutların obyektivliyinə ciddi zərbə vurur.

Ancaq son materiallarda diqqət çəkən məsələ artıq təkcə anti-Azərbaycan təbliğatı deyil. Burada Avropa institutları daxilində qurulan siyasi təsir mexanizmləri və regiona yönəlmiş koordinasiyalı hibrid müdaxilə elementləri görünür.

Xüsusilə Tomas Moreno Okamponun Ermənistanın daxili siyasi vəziyyəti barədə dedikləri ciddi rezonans doğurur. O, açıq şəkildə bildirib ki, əsas məqsədlərdən biri Ermənistanın Baş naziri hakimiyyətdən uzaqlaşdırmaqdır. Bu açıqlama göstərir ki, proses yalnız Azərbaycana qarşı kampaniya ilə məhdudlaşmır. Əsl hədəf regionda yaranmaqda olan yeni siyasi balans və normallaşma prosesidir.

İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı Sherg.az-a açıqlamasında deyib ki, regionda sülhə ən böyük təhlükə bəzən birbaşa hərbi risklərdən yox, məhz siyasi manipulyasiya və xarici müdaxilə cəhdlərindən qaynaqlanır. Onun sözlərinə görə, Ermənistan daxilində siyasi sabitliyi pozmağa yönələn çağırışlar həm İrəvan, həm də bütövlükdə Cənubi Qafqaz üçün yeni risklər yarada bilər: “Daha böyük rezonans doğuran hissə isə Luis Moreno Okamponun Avropa strukturları ilə bağlı dedikləridir. O, komandasında əvvəllər Avropa Parlamentində çalışmış və ilə əlaqəli şəxsin yer aldığını bildirir. Hətta həmsöhbətin “Borrel?” sualına tərəddüdsüz şəkildə müsbət cavab verir. Daha sonra isə bu əlaqələr vasitəsilə Avropa Parlamentində təsir imkanlarından, proseslərə müdaxilə etməkdən və hətta üzərində təzyiq formalaşdırmaq imkanlarından danışır.

Bu açıqlamalar sıradan lobbiçilik fəaliyyətindən daha ciddi mənzərə yaradır. Çünki burada Avropa institutlarının daxilində müəyyən siyasi şəbəkələrin region siyasətinə təsir etməsi ilə bağlı iddialar görünür. Xüsusilə Avropa Ədalət Məhkəməsi vasitəsilə Azərbaycanla Avropa İttifaqı arasında bağlanmış müqavilələrin hədəfə alınması planlarının səsləndirilməsi diqqətdən yayınmır.

Burada başqa bir vacib məsələ də ortaya çıxır: Avropa uzun illər dünyaya hüquq və şəffaflıq modeli kimi təqdim olunub. Lakin son illərdə Avropa Parlamentində baş verən korrupsiya qalmaqalları, lobbiçilik ittihamları və xarici təsir iddiaları göstərir ki, Avropa institutlarının özü də ciddi etimad böhranı yaşayır. Bu səbəbdən belə iddialar artıq əvvəlki kimi tamamilə inanılmaz görünmür.

Okamponun açıqlamalarından görünür ki, məqsəd Avropa Komissiyasına hüquqi və siyasi təzyiq göstərərək Azərbaycanla əməkdaşlıq formatlarını zəiflətməkdir. Bu prosesdə əsas vasitə kimi isə yenə “insan hüquqları” mövzusundan istifadə edilir. Halbuki burada hüquqdan daha çox siyasi manipulyasiya elementləri ön plana çıxır.

Danışıqlarda ABŞ-dakı erməni lobbi dairələri ilə birgə fəaliyyət və təzyiq kampaniyasının genişləndirilməsi məsələsinin müzakirə olunması da prosesin koordinasiyalı xarakter daşıdığını göstərir. Görünən odur ki, məqsəd yalnız Azərbaycanın mövqelərinə zərbə vurmaq deyil. Burada regionda sabitliyin pozulması, sülh gündəliyinin zəiflədilməsi və idarə olunan gərginlik mühitinin saxlanılması cəhdi hiss olunur”.

F. Şahbazlının fikrincə müasir beynəlxalq münasibətlərdə “insan hüquqları” mövzusunun selektiv şəkildə istifadə olunması artıq yeni siyasi texnologiyaya çevrilib. Bəzi hallarda bu anlayış universal hüquqi prinsipdən çox, geosiyasi təzyiq aləti kimi tətbiq edilir:

“Eyni hadisələrə müxtəlif ölkələrə münasibətdə fərqli yanaşmalar da bunu açıq şəkildə göstərir. Bu isə artıq olduqca təhlükəli tendensiyadır. Çünki söhbət təkcə informasiya kampaniyasından yox, Ermənistanın daxili siyasi proseslərinə müdaxilə cəhdlərindən və regional təhlükəsizlik balansına təsirdən gedir. Əgər ortaya çıxan məlumatlar həqiqəti əks etdirirsə, bu halda Luis Moreno Okamponun fəaliyyəti erməni lobbi şəbəkələrinin maliyyə və siyasi dəstəyi ilə həyata keçirilən genişmiqyaslı təsir əməliyyatı kimi görünür. İddialara görə, bu prosesə bəzi Avropa siyasətçiləri və Rusiyada yaşayan erməni oliqarxları da cəlb olunub.

Ən həssas məqamlardan biri isə odur ki, bu kampaniyada adı hallanan əsas fiqurlardan biri Avropa diplomatiyasının keçmiş rəhbəri Josep Borrell və onun ətrafıdır. Əgər bu iddialar təsdiqlənərsə, bu artıq təkcə fərdi fəaliyyət məsələsi olmayacaq. Burada Avropa institutlarının neytrallığı və etibarlılığı ilə bağlı ciddi reputasiya problemi ortaya çıxacaq.

Baş verənlər klassik diplomatik fəaliyyət və ya hüquq müdafiəçiliyi çərçivəsinə sığmır. Bu, informasiya manipulyasiyası, beynəlxalq institutlar vasitəsilə hüquqi təzyiq, siyasi lobbiçilik, media kampaniyaları və daxili siyasi proseslərə təsir cəhdlərini özündə birləşdirən hibrid müdaxilə modelidir”.

Birlik sədri deyib ki, yaxın gələcəkdə bu cür informasiya əməliyyatlarının daha da artacağı istisna deyil: “Texnologiyanın inkişafı ilə paralel olaraq siyasi manipulyasiya imkanları da genişlənir. Buna görə də belə məsələlərdə həm informasiya təhlükəsizliyi, həm də beynəlxalq hüquqi mexanizmlərin şəffaflığı daha böyük əhəmiyyət qazanır. İndi əsas sual budur: Avropa Parlamenti, Avropa Komissiyası və Belçikanın xüsusi xidmət orqanları bu iddiaları araşdırmağa hazırdırmı? Əgər Avropa həqiqətən hüququn aliliyini və şəffaflığı müdafiə etdiyini iddia edirsə, o zaman ilk növbədə öz daxilindəki siyasi təsir və lobbi şəbəkələrinə münasibət bildirməlidir.

Əks halda “insan hüquqları” anlayışı beynəlxalq hüququn universal prinsipi kimi deyil, siyasi təzyiq və hibrid müdaxilə aləti kimi qəbul olunmağa davam edəcək”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://olke.az
archiveBu xəbər 30 Aprel 2026 22:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see337

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see299

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see293

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see290

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see282

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see275

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see272

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see261

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see251

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see240

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see239

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see234

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see230

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see219

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see214

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see214

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see205

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see204

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see192

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri