Okan Buruk: Bizə meydan oxuyacaq bir komanda ilə qarşılaşırıq
Mia.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu gün UEFA Çempionlar Liqasında 4-cü tur oyunları çərçivəsində "Qalatasaray" səfərdə "Ayaks" qonağıə olacaq.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Qalatasaray"ın baş məşqçisi Okan Buruk oyundan əvvəlki açıqlamalarında qalib gələcəklərinə əminliyini vurğulayb.
O, "Bu gün bizə meydan oxuyacaq bir komanda ilə qarşılaşırıq", - deyərək bildirib ki, rəqibin hələ də xalsız qalması onları aldada bilməz: "Keçən il "Ayaks"a qarşı UEFA Avropa Liqasında qarşılaşdıq və uduzduq. Bu il isə Çempionlar Liqasında üz-üzəyik. Rəqibimizin Çempionlar Liqasındakı son yerdə və xalsız vəziyyəti bizi rahatlamır. Bu durum bizi aldada bilməz. Onların bizi nə qədər məğlub etmək istədiklərini bilirik. Bilirik ki, bu matça qələbə seriyasına başlancıq kimi baxırlar. Biz isə son iki matçda 6 xal qazandıq. Buradakı qələbə bizi hədəfə doğru çox irəlilədəcək. Bu matç mənim və oyunçularımın böyük xəyallar qurmaq üçün vacibdir. Ümid edirəm ki, bu matçdan sonra o xəyala doğru iri addım atacağıq"
Fərid ASLAN
MİA.AZ
Baxış sayı:108
Bu xəbər 05 Noyabr 2025 09:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















