Icma.az
close
up
RU
Okan Buruk Mourinyo ilə aralarında yaşananlara aydınlıq gətirdi

Okan Buruk Mourinyo ilə aralarında yaşananlara aydınlıq gətirdi

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Məlum olduğu kimi, “Fənərbaxça”nın aprelin 2-də Türkiyə kubokunun 1/4 finalında öz meydanında əzəli rəqib “Qalatasaray”a 1:2 hesabıyla məğlub olaraq mübarizəni dayandırdığı qarşılaşmaya baş məşqçilər arasındakı münaqişə damğa vurmuşdu.

"Football-plus.az" xatırladır ki, Joze Mourinyo belə desək, bütün dünyanın gözü önündə Okan Burukun burnunu sıxmış və təcrübəli türkiyəli mütəxəssis acılar içində yerə yıxılmışdı.
Qalmaqalın səbəbi barədə bir neçə versiya var. Əsas versiya odu ki, Mourinyo final fitindən sonra hakimlərə irad bildirərkən Okan Buruk da ora yaxınlaşaraq ədalət təmsilçilərinə “ona fikir verməyin, oyunu yaxşı idarə etdiz” deyib. Məlum olduğu kimi, Buruk həmin matçın ardından keçirilən mətbuat konfransında olayı şişirtmək istəməmiş və bu haqda geniş danışmaqdan imtina etmişdi. Mourinyo isə “Trabzonspor”la oyundan sonra bu mövzuya toxunmuş və “onun özünü yerə atmasını “Hollivud” da izlədi” deyərək Okan Buruku belə desək, simulyasiya etməkdə suçlamışdı.
“Qalatasaray”ın çalışdırıcısı, nəhayət, bu hadisə ilə bağlı ilk dəfə geniş açıqlama verib. 51 yaşlı Buruk “Ekol TV” adlı “yutub” kanalına bunları deyib:

“Oyun bitəndən sonra hakimlərə minnətdarlığımı bildirmək üçün onlara tərəf yönəldim. Həmin vaxt “Fənərbaxça”nın məşqçisinin də onların yanında olduğunu gördüm. Ora sırf ona nəsə söyləmək üçün getmədim. Sadəcə, hakimlərə həm türk, həm də ingilis dilində “oyunu çox yaxşı idarə etdiz” dedim. Çox güman, məhz elə bu sözüm “Fənərbaxça”nın məşqçisinin xoşuna gəlmədi. Çünki o, həmin anda hakimləri tənqid edirdi. Ağzımdan başqa bir kəlmə çıxmadı. Hakimlərə “don`t listen to him” (onu dinləməyin) demədim. Sonra eşitdim ki, hakim raportunda mənim təxribata əl atdığımı yazıb. “Oyunu yaxşı idarə etdiz” sözünün təxribat kimi qiymətləndirməsi çox qəribədi. Nə üçün belə yazdığını bilmirəm. Hətta oyundan sonra bir yönəticimizin mənə söyləməsindən sonra bildim ki, hakim mənə sarı vərəqə göstəribmiş. Biz əzəli rəqibimizi onların meydanında yendik. Həm də onlarla çox ciddi bir çempionluq mübarizəsinin içindəyik. Bəli, sevindim və buna da haqqım çatır. Necə sevinməli olduğumu başqasından soruşmalı deyiləm. Rəqib baş məşqçini cırnatmaq və ya təxribata çəkmək kimi bir niyyətim qətiyyən olmayıb. Məqsədim bu deyildi. Sadəcə, qələbəni qeyd etdim. Nə vaxt və necə sevinəcəyimə mən özüm qərar verirəm! Əksinə, oyunun gedişində “Fənərbaxça”nın köməkçi məşqçisi 3-4 dəfə bizi təqhir etdi və təxribata çəkmək istədi. Yerə yıxıldığım olaya gəlincə, mənim həqiqətən də canım yandı. Buna görə də yerə yıxıldım. Məni futbol oynadığım dönəmdən tanıyanlar gözəl bilir ki, burnumda qırıq var. Qırıq burnun ağrısı başqa cür olur. Digər tərəfdən, fiziki şiddətə məruz qalan mən olmuşam. Amma bəziləri az qala həmin adama (Mourinyonu nəzərdə tutur – red.) “halal olsun” deyəcəklər. Mən həqiqətən də bu məsələni uzatmaq istəmədiyim üçün susdum. Həmin anda kənardan sənə bir toxunuşun olacağını gözləmirsən. Məni bilərəkdən yıxılmaqda günahlandıranlar var. Üzümə təmas olacağını mən harda bilirdim? Bir saniyənin üçündə yıxılmağa qərar verdim? Adam dırnağı ilə üzümü cızdı! Həmin an başqa cür davransam və ona cavab versəm, bəlkə də 10 oyunluq cəza alardım. İstənilən halda bir məşqçinin başqa məşqçiyə fiziki təmasının heç bir açıqlaması ola bilməz və olmamalıdı da! Məni üzən odu ki, çıxıb üzr istəmək əvəzinə daha da suyu bulandırırlar”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 15 Aprel 2025 21:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri