Okan Buruk: “Oyuna biz nəzarət edirdik”
Icma.az, Idman.biz saytına istinadən bildirir.
Türkiyənin “Qalatasaray” klubunun baş məşqçisi Okan Buruk Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Yuventus” üzərində qazanılan 5:2 hesablı qələbəni şərh edib.
İdman.Biz bildirir ki, ilk hissədən sonra hesab 2:1 “Yuventus”un xeyrinə olub.
“Fasilədə oyunçuları oyunlarına görə təbrik etdim. Daha çox üstün idik, amma buraxdığımız iki qolda bəxtimiz gətirmədi. Oyuna nəzarət etdik, oyunçular çox çalışdılar. Yaxşı geridönüş etdik. Dedim ki, belə oynamağa davam etsək, qalib gələcəyik.
Əsas odur ki, ikinci qolu tez vurduq. Özünəinam qazandıqdan sonra üçüncü qolu, sonra isə digər qolları vurduq. Biz sona qədər böyük həvəslə oynadıq və üstün olduq. Hazırkı hesabın kifayət qədər olduğunu düşünmürdük və mən bunu hər şeydən çox istəyirdim”, - deyə Buruk bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 18 Fevral 2026 01:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















