Okan Burukdan Batrakovla bağlı gözlənilməz qərar
Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türkiyənin "Qalatasaray" klubunda çıxış edən rusiyalı yarımmüdafiəçi Aleksey Batrakovun hücumdakı mövqeyinin dəyişdirilməsi gündəmdədir.
BAKU.WS xəbər verir ki, baş məşqçi Okan Buruk milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilədən sonra Batrakovu daha irəli mövqedə oynatmağı planlaşdırır.
Bu barədə Türkiyənin "Fanatik" nəşri məlumat yayıb.
Bildirilir ki, Buruk rusiyalı futbolçunu iki dayaq yarımmüdafiəçisinin - Lukas Torreyra və Qabriel Sara - önündə, "10 nömrə" mövqeyində sınamağı nəzərdən keçirir.
Məşqçi heyətinin bu dəyişikliklə Batrakovun hücum quruculuğundakı imkanlarından, ötürmə bacarığından və rəqib qapısı qarşısındakı təhlükəsindən daha səmərəli yararlanmağa çalışdığı qeyd olunur.
Batrakov "Qalatasaray" forması ilə ilk məhsuldar ötürməsini Türkiyə çempionatının 5-ci turunda "Kocaelispor"a qarşı keçirilən qarşılaşmada edib. Görüşə ehtiyat oyunçular skamyasında başlayan futbolçu 59-cu dəqiqədə Qabriel Saranın əvəzinə meydana daxil olub.
Rusiyalı yarımmüdafiəçi 71-ci dəqiqədə Abdülkərim Bardakçının vurduğu qola məhsuldar ötürmə verib. Qarşılaşma "Qalatasaray"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Sentyabrın 19-da keçirilən 6-cı tur matçında isə İstanbul təmsilçisi "Trabzonspor"a 0:4 hesabı ilə məğlub olub. Batrakov həmin oyuna da ehtiyat oyunçular sırasında başlayıb və 68-ci dəqiqədə meydana çıxıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 30 Sentyabr 2026 13:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















