Okan Burukdan Mourinyo barədə olay sözlər
Metbuat portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Qalatasaray"ın baş məşqçisi Okan Buruk Joze Mourinyo haqda danışıb.
Metbuat.az xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran məşqçi ötən mövsüm Mourinyo ilə Türkiyə çempionatında yarışdığını ifadə edib. Okan Buruk Joze Mourinyonun onun burnunu sıxdığı hadisəsindən danışarkən portuqaliyalı məşqçinin meydandan kənarda da oynadığını qeyd edib.
Okan Buruk, “O, çox şey sınadı, amma sonda biz ondan daha yaxşı idik. Mən ondan yaxşı idim. Ona qarşı çempion olduq. Onları öz meydanında iki dəfə məğlub etdik. O, futbola eyni cür yanaşmır. O, məşqçi kimi üslubunu qətiyyən dəyişməyib. Futbol nöqteyi-nəzərindən hər il özümüzü inkişaf etdirməliyik. Bəlkə də onun üçün problem məşqçi kimi özünü təkmilləşdirməməsidir” - deyə bildirib.


