Okan Burukun Qalatasarayı, yoxsa, Terimin Qalatasarayı?
Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
''Qalatasaray'' Okan Burukun başçılığı altında o qədər uğurlu çıxış edir ki, bəziləri hazırda komandanın tarixinin ən uğurlu dönəmini yaşadığını iddia edir. Amma təbii ki, klub tarixində Fatih Terimin baş məşqçi olduğu birinci dönəm, yəni 1996-00-ci illər xüsusi yer tutur.
Komanda həmin vaxt ardıcıl 4 il çempion olmuş, 4-cü ilin sonunda UEFA kubokunu qazanmış və Terim Avropaya yollanmışdı. Bəs görəsən Okan Burukun ''Qalatasaray''ın başında superliqada keçirdiyi ilk 90 oyunla Terimin komandanın başında keçirdiyi ilk 90 çempionat oyununu müqayisə etsək, rəqəmlər baxımından ortaya hansı mənzərə çıxar?
Okan Buruk ötən həftəsonu ''Cim-Bom''un başında Türkiyə çempionatında məhz 90-cı oyununu keçirdi. Komanda bu 90 qarşılaşmadan 75 qələbə, 9 heç-heçə, 6 məğlubiyyətlə ayrılıb. Yəni ''Qalatasaray'' 2022/23-dən bu yana 270 mümkün xalın 234-nü toplayıb. Okan Burukun özünün, eləcə də Taffarel, Popesku Haci kimi ulduzların da yer aldığı 1990-lardakı ''Qalatasaray'' isə Terimlə ilk 90 çempionat oyunundan 63 qələbə, 18 heç-heçə, 9 məğlubiyyətlə ayrılmışdı. Yəni komanda 270 xaldan 204-nü toplamışdı.
Başqa sözlə desək, Okan Burukun indiki ''Qalatasaray''ı klub tarixinə damğa vurmuş Terimin ''Qalatasaray''ından hələ ki, 30 xal artıq toplayıb!
ƏLİ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 27 Dekabr 2024 11:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















