“Okean sizi xilas etməyəcək” Zelenskidən Avropaya XƏBƏRDARLIQ
Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, bu gün Rusiya Silahlı Qüvvələri respublika ərazisini vurmaq üçün 2,5 min km mənzilli raketlərdən istifadə edir, Parisə qədər olan məsafə isə 3 min km-dir.
Redaktor.az xəbər verir ki, Zelenski bu barədə ''Le Point''ə müsahibəsində deyib.
O, Moskvanın tezliklə Parisə çatan daha uzunmənzilli silahlar alacağını bildirib.
Zelenskinin sözlərinə görə, Avropa “zəif” olsa, Rusiyanın hərəkətlərindən “zərər çəkəcək”. O qeyd edib ki, hərbi münaqişə “Avropada, həm də Rusiyada” hərbi inkişafı stimullaşdırır.
"İnanın mənə, iki ildən sonra rusların 5000 kilometr mənzilli çoxlu raketləri olacaq. Dəniz, okean heç kimi qorumayacaq. Bu kontekstdə Rusiyanın bu gün istifadə etdiyi silahlar nüvə daşıyıcılarından o qədər də fərqlənmir", - Zelenski bildirib.
Aminə Şahsuvarqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 04 Sentyabr 2025 09:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















