Icma.az
close
up
RU
Okeandan heç vaxt çıxmayan, ayaqları olan məxluq tapıldı

Okeandan heç vaxt çıxmayan, ayaqları olan məxluq tapıldı

Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Paleontoloqlar qırxayaqların çoxsaylı ayaqlarının mənşəyi ilə bağlı 437 milyon illik sirrin üstünü açıblar. Alimlər onların sualtı əcdadlarının quruya çıxış prosesində necə rol oynadığını müəyyən ediblər.

Lent.az “Daily Galaxy”ə istinadla xəbər verir ki, paleontoloqlar əvvəllər məlum olmayan qədim su artropodunun fosillərini aşkar ediblər. Bu tapıntı göstərir ki, müasir qırxayaq və minayaq kimi canlıların əcdadları özlərinə xas çoxsaylı ayaqları quruya çıxmazdan milyonlarla il əvvəl, hələ suda yaşayarkən inkişaf etdiriblər.

Brandon Bridge formasiya zonasında, Vaukeşa yaxınlığında tapılan fosillərin yaşı təxminən 437 milyon il hesab olunur. Bu tapıntılar qədim dünyanın necə göründüyü barədə alimlərə nadir məlumat verir.
35 ədəd olduqca yaxşı qorunmuş nümunənin aşkar edilməsi alimlərə adətən fosilləşmə zamanı itən əzələ toxumasını və digər yumşaq toxuma detallarını araşdırmaq üçün nadir imkan yaradıb.

Yumşaq bədənli orqanizmlərin mükəmməl qorunması ilə tanınan “Waukartus muscularis” fosilləri müasir qırxayaq və minayaqlara heyrətamiz dərəcədə bənzəyir. Onların uzun, seqmentləşmiş bədəni və ən azı 11 cüt ayağı olub. Məxluqun baş hissəsindən sonra uzun gövdə yerləşib və bəzi ətraflar ölçülərinə görə bir-birindən fərqlənib.

Tədqiqat müəllifləri yazıblar: “Onların daha qısa olması yerimək üçün uyğunlaşmadığını, əvəzində hissiyyat və ya qidalanma funksiyalarında ixtisaslaşdığını göstərə bilər. Lakin qidalanma üsulu məlum deyil. “Waukartus muscularis”un gövdəsi elastik olub. Bunu əyilmiş fosillər və ardıcıl seqmentlər arasındakı örtüşmələrin müxtəlifliyi göstərir”.

Bu kəşfin ən diqqətçəkən tərəflərindən biri təkşaxəli ətrafların, yəni budaqlanmayan ayaqların qorunub qalması olub. Bu xüsusiyyət quru artropodları üçün xarakterik hesab olunur.

Qədim dövrdə yaşamış digər su artropodlarından fərqli olaraq, “Waukartus muscularis”un ayaqları budaqlanmamış formada olub. Yəni, bu ətraflar suda yaşamaq üçün formalaşsa da, quru həyatına keçid üçün də uyğunlaşmış hesab edilir. Tədqiqatçıların qeyd etdiyi kimi, həmin dövrdə əksər su artropodlarının üzməyə kömək edən budaqlanmış ayaqları olurdu.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://lent.az
archiveBu xəbər 14 May 2026 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see372

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see313

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see295

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see269

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see261

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see254

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see242

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see236

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see230

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see217

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see208

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see195

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see191

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see190

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see190

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see187

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see181

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see174

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see172

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri