Icma.az
close
up
RU
Okeanın dibi Ay səthindən də müəmmalıdır: 9.775 metr dərinlikdə 30 min yeni canlı...

Okeanın dibi Ay səthindən də müəmmalıdır: 9.775 metr dərinlikdə 30 min yeni canlı...

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yaponiyada aparılan "Atəş Həlqəsi" adlı elmi ekspedisiya zamanı okeanın ən dərin hissələrində aparılan müşahidələr nəticəsində təxminən 30.000 fərqli orqanizm sənədləşdirilib. 

Qaynarinfo xəbər verir ki, bu ekspedisiya zamanı bir çox diqqətəlayiq müşahidələr aparılıb, 9100 metr dərinlikdə geniş dəniz zanbaqları çəmənliyi, 7500 metr dərinlikdə sıx Elpidia dayazlıqları və 7300 metr dərinlikdə üzən gözəl, qanadlı Pseudoliparis balıqları kəşf edilib. Komanda bu əraziləri ilk dəfə təbii yaşayış yerlərində görməkdən çox məmnun olub. 

Alimlər uzun illərdir vurğulayırlar ki, bəşəriyyət Ay səthini okean dərinliklərindən daha yaxşı tanıyır. Bu vəziyyəti dəyişmək məqsədilə həyata keçirilən "Atəş Hələqsi" ekspedisiyası, Sakit okeanın ən dərin hissələrini — Yaponiyanın Ryukyu, İzu-Oqasavara və digər dəniz xəndəklərini — əhatə edib. Tədqiqat zamanı ekipajlı batiskaflar 6.939–9.775 metr arası dərinliklərə enərək okeanın "hadal" adlanan bölgəsini öyrəniblər.

Bu, okeanın ən dərin nöqtələrinin indiyədək aparılmış ən genişmiqyaslı tədqiqatı hesab olunur. Elm adamları bu vasitə ilə fövqəladə şəraitdə yaşayan qəribə dəniz canlılarını ilk dəfə öz təbii mühitlərində müşahidə edə biliblər.

Minderoo-UWA Dərin Dəniz Araşdırmaları Mərkəzindən olan tədqiqat rəhbəri doktor Deniz Svanborn bildirib ki, bu ekspedisiya "hadal" zonadakı bioloji müxtəlifliyin və yaşayış mühitlərinin indiyədək aparılmış ən ətraflı yerində öyrənilməsini təmin edib. Tarixən bu cür məlumatlar əsasən trol vasitəsilə toplanan nümunələrdən əldə olunurdu və orqanizmlərin təbii mühitləri haqqında kifayət qədər dəqiq təsəvvür vermirdi.

Alimlər təxminən 30.000 dəniz orqanizmini və onların yaşayış sahələrini qeydiyyata alıblar. Toplanan məlumatlar göstərib ki, növlərin formalaşması dərinlik və qida miqdarı kimi genişmiqyaslı amillərlə yanaşı, ərazinin relyefi kimi yerli amillərlə də sıx əlaqəlidir.

Dr. Svanborn deyib: "Xəndəklər arasındakı fərqlərin böyük ölçüdə dərinlik və qida kimi amillərlə bağlı olduğunu, lakin eyni dərinlikdəki xəndəklərdə tarixi seysmik hadisələrin — zəlzələlər, torpaq sürüşmələri və çöküntü buludlarının — bioloji müxtəlifliyə təsir etdiyini müəyyən etdik".

O, həmçinin dəniz dibinin meyilliyi və relyef tipinin də yerli canlı müxtəlifliyini formalaşdıran mühüm faktorlar arasında olduğunu əlavə edib.

Tədqiqat zamanı 9.100 metr dərinlikdə dəniz zanbaqları ilə örtülü geniş sahə, 7.500 metr dərinlikdə Elpidia adlı dəniz canlısının növünün böyük sürüləri və 7.300 metr dərinlikdə üzən qanadlı Pseudoliparis balıqları qeydə alınıb. Ekspedisiya üzvləri bu canlıları ilk dəfə öz təbii yaşayış yerlərində müşahidə etdiklərini bildiriblər. Dr. Svanborn bu anı "elm adamı üçün bənzərsiz və unudulmaz bir təcrübə” kimi xarakterizə edib.

Araşdırmanın nəticələri "Journal of Biogeography" jurnalında dərc olunub. Nəticələr göstərir ki, üç müxtəlif okean xəndəyindən toplanan video materiallar və müşahidələr dərin dəniz biologiyasına dair biliklərimizi əhəmiyyətli dərəcədə artırır və bu, elm üçün nadir və dəyərli bir məlumat bazası yaradır.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 28 Oktyabr 2025 00:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see313

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see313

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see312

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see306

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see289

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see273

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see269

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see264

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see262

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see259

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see257

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see256

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see252

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see250

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see240

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see236

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see229

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see209

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri