Okeanın o tayındakı “Azərbaycan”: 20 ildir uşaqlar orada ana dilimizdə danışırlar
Hurriyyet saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Kanadanın Toronto şəhərində yaşayan azərbaycanlı uşaqlara ana dilimiz tədris olunur. Toronto Təhsil Mərkəzinin Xarici Dillər Bölməsində yer alan dillər sırasında Azərbaycan dilinin (Azerbaijani Classes in Toronto) tədris olunması təbii ki, qürurvericidir. Hazırda Torontoda yaşayan həmvətənlərimiz üçün bu məktəb doğma ocaq kimidir.
Ana dili məktəbi 2006-cı ilin sentyabrında Azərbaycan Qadınlarına Dəstək Mərkəzinin təşəbbüsü ilə yaradılıb.
Azərbaycan dili siniflərinin rəhbəri və baş müəllimi Yeganə Cəfərova gələn il 20 yaşı qeyd ediləcək məktəbin fəaliyyəti uğrunda daim təşəbbüslər göstərir.
Azərbaycan dili siniflərinə övladlarını qeydiyyatdan keçirən valideynlər: “Biz Azərbaycandan uzaqda olsaq da burada kiçik Azərbaycan yaşadırıq”- deyə sevinclərini bölüşürlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:166
Bu xəbər 20 Fevral 2026 11:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















