Icma.az
close
up
RU
Okeanlarda minlərlə ton qızıl mövcuddur: Onu niyə hasil edə bilmirik?

Okeanlarda minlərlə ton qızıl mövcuddur: Onu niyə hasil edə bilmirik?

Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.

Qızıl – həmişə azlıqda olan və yüksək qiymətləndirilən resursdur. Alimlərin hesablamalarına görə, dünya okeanlarında təxminən 14 min ton qızıl həll olunmuş halda mövcuddur. Bu miqdar Parisdəki Eyfel qülləsinin metal kütləsindən iki dəfə çoxdur. Lakin belə böyük ehtiyatlara baxmayaraq, onun hasilatı mümkün deyil.

Qaynarinfo Earth.com-a istinadən xəbər verir ki, qızıl okeanlara əsasən çay suları ilə daxil olur və dəniz dibindəki termal mənbələrdən çıxır. Lakin suyun tərkibində o, saf metal şəklində deyil, xloridlə birləşmiş kimyəvi maddə formasında mövcuddur. Buna görə də qızıl çöküntü kimi dənizin dibinə enmir, əksinə, okean sularında çox aşağı konsentrasiyada bərabər şəkildə yayılır.

Araşdırmalara görə, Atlantik okeanında və Sakit okeanın şimal-şərq hissəsində hər litr suda cəmi 50–150 femtomol qızıl var. Bu isə trilyonluq hissələr səviyyəsində – son dərəcə kiçik miqdardır. Nəticədə 1 qram qızıl əldə etmək üçün təxminən 100 milyon ton dəniz suyunu emal etmək lazımdır.

Müasir texnologiyalar laboratoriya şəraitində sudan qızıl ayırmağı mümkün etsə də, bu prosesi sənaye miqyasına keçirmək texniki və maliyyə baxımından real deyil. Məhz bu səbəbdən duzsuzlaşdırma zavodlarını eyni zamanda qızıl hasil edən qurğulara çevirmək mümkün deyil.

Okeanlarda həmçinin qızıl sulfid mineralları və dibi örtən sərt qatlardakı birləşmələrdə də mövcuddur. Onlar əsasən hidrotermal mənbələrin yaxınlığında yerləşir. Amma bu ehtiyatların hasilatı da çətin və iqtisadi baxımdan sərfəsizdir, çünki onlar 1,5–3 kilometr dərinliklərdə yerləşirlər.

Beləliklə, okeanlarda mövcud olan minlərlə ton qızıl nəzəri cəhətdən böyük sərvət təsiri bağışlasa da, onun praktiki hasilatı müasir texnologiyalarla mümkün deyil.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:49
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 15 Sentyabr 2025 22:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see287

Fransada XVI əsrə aid qeyri adi dar ağacı tapıldı

14 Dekabr 2025 01:26see234

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see211

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see200

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see184

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see180

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see163

Ermənistanda ARA QARIŞDI: Xocalı qatili SAVAŞ MESAJI verdi

14 Dekabr 2025 11:07see158

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see150

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see147

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see145

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see142

Orban: Rusiya aktivlərinin müsadirəsi müharibə elanına bərabərdir

14 Dekabr 2025 03:48see136

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

14 Dekabr 2025 01:08see136

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see136

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see135

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see135

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see133

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see133

Ramzan xüsusi hərbi əməliyyat zonasına 80 SUV göndərdi...

14 Dekabr 2025 01:22see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri