Icma.az
close
up
RU
“Oklahoma Siti” bu adla ilk, tarixdə 2 ci dəfə çempion oldu

“Oklahoma Siti” bu adla ilk, tarixdə 2 ci dəfə çempion oldu

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Milli Basketbol Assosiasiyasında 2024/25 mövsümünə yekun vuruldu.

"Football-plus.az" xəbər verir ki, “İndiana” ilə seriyanın 7-ci oyununda inamlı qələbə qazanan “Oklahoma-Siti” çempionluğu bayram etdi. “Tander”in müdafiəçisi Şey Gilces-Aleksander 29 xal və 12 məhsuldar ötürmə ilə ən məhsuldar basketbolçu oldu.
“İndiana”nın oyun qurucusu Tayriz Haliberton ilk çeyrəkdə dabanından zədə aldı və mübarizəni davam etdirə bilmədi.
Gilces-Aleksander final seriyasının ən dəyərli oyunçusu sayıldı. 26 yaşlı kanadalı müntəzəm çempionatda da eyni statusu qazanmışdı. Yəni Şey son 12 ildə eyni mövsümdə bu iki titula sahib olan ilk basketbolçudu. 2013-cü ildə “Mayami”nin forvardı Lebron Ceyms də həm müntəzəm çempionatın, həm də final seriyasının ən yaxşısı sayılmışdı.
Bu çempionluğu “Oklahoma-Siti” üçün ilk titul sayanlar da var, 2-ci sayanlar da. İş ondadı ki, bu komanda 1979-ci ildə Sietldə və “Sietl Supersoniks” adı ilə çıxış edərkən də çempionluğu bayram edib. İndi isə yeni adla titul qazanır. Yeri gəlmişkən, bu çempionluğun başqa bir özəlliyi də var. Ardıcıl 7-ci mövsümdə MBA-da fərqli komanda çempion oldu. Bu isə liqa tarixində bir ilkdi. 2-ci yerdə 1975-80-ci illərdə çempionun daim dəyişməsi dayanır.
2019-cu ildən bəri MBA çempionluğunu bu komandalar bayram edib: “Toronto” (2019), “Leykers” (2020), “Miluoki” (2021), “Qolden Steyt” (2022), “Denver” (2023), “Boston” (2024), “Oklahoma-Siti” (2025).
“Oklahoma-Siti” son 48 ildə çempion titulunu qazanan ən gənc komandadı. “Tander”də orta yaş 25,56-dı. Oklahomalılar bu göstəricidə yalnız 1976/77 mövsümünün qalibi olan “Portlend”dən (25,03) geri qalır.
"Oklahoma-Siti"nin daha bir rekordunu qeyd etməyə dəyər. Komanda müntəzəm mövsüm və pley-offlar matçları qarışıq 12519 xal toplayıb. Bu, yarış tarixində ən yüksək göstəricidi. Bundan əvvəl ən məhsuldar komanda 2018/19 mövsümündə "Qolden Steyt" (12161 xal) olub.
Bu uğurdan sonra “Oklahoma-Siti”nin baş məşqçisi Mark Deyqnoltu da dinləməyə dəyər:

“İndiana”nı əla mövsüm münasibəti ilə təbrik etmək istəyirəm. “Peysers” ciddi rəqib idi. Çempionluq hamımız – oyunçular, məşqçilər, personal üçün nə vaxtsa arzu idi... Bəlkə də hansımızsa heç özümüzü MBA-da görmürdük. Komandamızın əsas özəlliyi oyunçuların özünü çempion kimi aparmasıdı. Onlar çempionlar kimi mübarizə aparırlar. Oyunçular bir-birinin uğuruna səmimi qəlbdən sevinir. Bu isə peşəkar idmanda nadir rast gəlinən haldı. Dəfələrlə demişəm, yenə də təkrarlayıram: bu, qeyri-adi komandadı. İndi isə həm də çempiondu”.


23 iyun
Oklahoma-Siti – İndiana 103:91 (25:22, 22:26, 34:20, 22:23)
Seriyada hesab – 4:3.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 01 İyul 2025 07:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri