Oktay Kaynarcanın ifadəsi ortaya çıxdı: Fahişəliklə bağlı təəccüblü bir sual
Icma.az, Lent az portalına istinadən məlumat verir.
Narkotik istintaqı çərçivəsində saxlanılan və məhkəmənin nəzarət tədbiri ilə azadlığa buraxılan tanınmış aktyor Oktay Kaynarcanın prokurorluqdakı ifadəsi yayılıb.
Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, Kaynarca barəsində sosial media fenomeni Rabia Karacanın “Murat Gülibrahimoğlu ilə bir-birlərinə qadın hədiyyə edirdilər” iddiası səsləndirilib.
Kaynarca həmin ittihamı rədd edərək bildirib ki, Murat Gülibrahimoğlu onun yaxın dostudur, lakin fahişəlik kimi cinayətlərdə vasitəçilik etməsi mümkün deyil.
Aktyor ifadəsində narkotik maddələrə qarşı olduğunu vurğulayıb. Ona Günyüzü Konakları adlanan ünvandakı evə gedib-getmədiyi soruşulduqda, həmin evdə olduğunu və göstərilən fotolardakı əyləncə qrupunu gördüyünü deyib.
Kaynarca həmçinin Murat Gülibrahimoğlundan bir tanıtım filmi üçün 100 min dollar aldığını, lakin layihə reallaşmadığı üçün pulu geri qaytardığını qeyd edib.
Xatırladaq ki, İstanbul Respublika Baş Prokurorluğu yanvarın 13-ü səhər aparılan istintaq çərçivəsində Oktay Kaynarca, Emel Müftüoğlu və daha bir neçə şəxsin saxlanıldığını açıqlayıb.
Kaynarca və Müftüoğlu barəsində ev dustaqlığı tələbi qəbul edilməyib və onlar ölkədən çıxış qadağası ilə sərbəst buraxılıblar.
İstintaq çərçivəsində bəzi şübhəlilər həbs edilib, digərləri barədə isə məhkəmə nəzarəti qərarı verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 14 Yanvar 2026 15:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















