Icma.az
close
up
RU
Ola bilər ki, çempionat daha da aktivləşsin Qurban Qurbanov

Ola bilər ki, çempionat daha da aktivləşsin Qurban Qurbanov

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Çox qısa deyəcəm, futbolçularımı təbrik edirəm. Azarkeşlərimizə təşəkkür edirəm ki, bizimlə oldular. Çox vacib üç xal əldə etdik".

QOL.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 26-cı turunda "Araz-Naxçıvan"a 3:1 hesabı ilə qalib gəldikləri matçdan sonra keçirilmiş mətbuat konfransında deyib.

O, jurnalistlərin suallarını da cavablandırıb:

- Meydanda mübahisə düşdü. Bu məsələ ilə bağlı fikirləriniz necədir?

- Fikir bildiriləsi bir şey yoxdur. Oyun başlayanda rəqib aqressiv idi. Sonda da aqressiya belə hadisəyə çevrildi. Futbolda olan hadisələrdir. Kütləvi atışmalar olur. İstəməzdim ki, olsun. Çox aqressiv əl-qol atmaq, hansısa ifadələr işləmək doğru deyil. 

- Yayda transfer çox olacaq? 

- Ola bilər. Futbolçuların klubları ilə müqaviləsi olur. İstədiyimiz vaxtda rahatlıqla oyunçu götürə bilmərik. Söz verə bilmərəm neçə transfer olacaq. Amma axtarırıq, baxırıq. Dəyişikliklər gözlənilir.

- 3 klubun da gələcəyini nəzərə alsaq, növbəti mövsüm gərgin olacaq? Legioner limitinin ləğvinin təsiri necə ola bilər?

- Bilmirəm. Amma fərq olacaq. Hansı formada olacaq, deyə bilmərəm. Komandaların sayı artır. Fərqli-fərqli oyunlar çox olacaq. Ola bilər ki, çempionat daha da aktivləşsin. 

- Yeni mövsümdə Premyer Liqada oyun sayı 36 yox, 33 olacaq. Bu, sırf "Qarabağ" üçün problemdir?

- Yox, inanmıram. Çünki oyun sayı heç də az deyil. Kubok matçları da olacaq. Əsas keyfiyyətdir. Eybi yox, oyun sayı az olsun, amma keyfiyyət yüksək olsun. Onda inkişaf da olacaq. (sportal.az)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:58
embedMənbə:https://qol.az
archiveBu xəbər 08 Mart 2025 21:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see253

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see213

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see196

ABŞ Vahid Ələkbərovun şirkətinə daha bir sanksiya tətbiq etdi

23 Oktyabr 2025 08:54see175

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see143

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see140

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see138

Qızıl indi də ucuzlaşır bazarda vəziyyət necədir? VİDEO

23 Oktyabr 2025 22:25see138

Astana Sammiti və regional nizamın yeni düzəni

23 Oktyabr 2025 09:36see137

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see134

Azərbaycanda mal əti bahalaşdı Yeni QİYMƏTLƏR

23 Oktyabr 2025 08:36see131

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see131

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

23 Oktyabr 2025 21:42see130

Rütte: Ukrayna üzrə sülh prosesinin ilk mərhələsi atəşkəs olmalıdır

23 Oktyabr 2025 04:19see129

Məktəb direktorlarının təyinatında YENİ QAYDALAR

24 Oktyabr 2025 00:24see129

İnanılmaz dərəcədə zəngin olacaq 3 bürc

24 Oktyabr 2025 03:20see127

Makrondan Trampa DƏSTƏK:Rusiyaya sanksiya dönüş nöqtəsidir

24 Oktyabr 2025 07:18see127

“Heç heçə edə bilərdik” Qurban Qurbanov

23 Oktyabr 2025 12:19see126

Türkan evliliklə bağlı sualları CAVABLANDIRDI VİDEO

23 Oktyabr 2025 00:30see125

Atletikin baş məşqçisi: Qarabağ bizə qol vuranda bunu sakit qarşıladım

23 Oktyabr 2025 00:04see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri