Öldü deyilən Netanyahu günlər sonra ortaya çıxdı FOTO
Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ, İsrail və İran arasında davam edən müharibə fonunda beynəlxalq ictimaiyyətin gündəminə düşən "Netanyahu öldü" iddialarına son qoyulub. Bir neçə gündür itkin düşən və öldüyü iddia edilən İsrail Baş naziri yeni video ilə ortaya çıxıb.
Milli.Az xəbər verir ki, Netanyahunun əvvəlki çıxışlarından birində əlinin altı barmaqlı görünməsi ilə bağlı iddial yayılımışdı. Sosial media istifadəçiləri bu görüntülərin süni intellekt tərəfindən yaradıldığını və Baş nazirin əslində öldüyünü irəli sürürdülər.
Günlər sonra paylaşılan videoda Netanyahu mağazadan aldığı qəhvəni içərkən görüntülənib.
Əlini kameraya net şəkildə göstərərək "altı barmaq" və "süni intellekt" iddialarına cavab verib.
Onun təhlükəsizlik iclaslarına qatılmaması isə narahatlıq yaratmağa davam edirdi.
Netanyahunun sağ olduğu məlum olsa da, İranın mövqeyi sərtləşib. İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) bəyanat yayaraq bildirib:
"Netanyahunun sağ olması halında onu izləməyə və öldürməyə yönəlmiş hücumlarımıza qətiyyətlə davam edəcəyik."
SEPAH həmçinin Tel-Əvivin sənaye bölgələrini, habelə Küveyt və İraqdakı ABŞ bazalarını hədəf alan 52-ci dalğa raket hücumlarını həyata keçirdiyini təsdiqləyib.
Lalə Qüdrətova
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:179
Bu xəbər 15 Mart 2026 22:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















