Icma.az
close
up
RU
Öldürdüyü ərlərinin sayını özü də xatırlamır: “Qara dul”a 10 ölüm CƏZA

Öldürdüyü ərlərinin sayını özü də xatırlamır: “Qara dul”a 10 ölüm CƏZA

Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İranda “Qara dul” ləqəbi ilə tanınan 56 yaşlı Kolsum Əkbəri yaşlı kişilərlə evlənərək onları öldürməkdə təqsirli bilinib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, təxminən 20 il davam edən cinayətlərin qurbanlarının dəqiq sayı məlum deyil. Əkbəri ən azı 10 nəfərin qətlinə görə 10 ayrı ölüm cəzasına məhkum edilib. Qurbanların ümumi sayının isə 12-dən çox ola biləcəyi bildirilir.

İstintaq məlumatlarına görə, qadın əsasən yaşlı və imkanlı kişilərlə evlənib. O, ərlərinə sənaye spirti, sakitləşdirici və müxtəlif dərmanlar verərək onları zəhərləyib, bəzi qurbanlarını isə boğaraq öldürüb. Cinayətlərin əsas səbəbinin maddi qazanc olduğu qeyd olunur. Əkbəri qurbanlarına məxsus qızıl, pul və digər qiymətli əşyaları ələ keçirib.

Cinayət silsiləsi qadının 82 yaşlı sonuncu əri Qulamrza Babayinin 2023-cü ildə şübhəli şəkildə ölməsindən sonra üzə çıxıb. Babayi ölümündən əvvəl ailəsinə həyat yoldaşının onu dərman qəbul etməyə məcbur etdiyini söyləyib. Bundan sonra başlanan araşdırma zamanı Əkbərinin əvvəlki həyat yoldaşlarının ölümləri də yenidən araşdırılıb.

Qadının müxtəlif şəhərlərdə yaşaması və qurbanlarının ayrı-ayrı bölgələrdə ölməsi cinayətlərin uzun müddət aşkar edilməməsinə səbəb olub.

Əkbərinin istintaqa verdiyi ifadədə öldürdüyü şəxslərin dəqiq sayını xatırlamadığını söylədiyi bildirilir. O, qurbanlarının sayının 13 və ya 15 ola biləcəyini etiraf edib.

Məhkəmədə qətlə yetirilən 10 kişinin ailəsi “qisas” prinsipi əsasında qadının edam olunmasını tələb edib. Ailələrdən biri isə ölüm hökmünün əvəzinə qan pulu almağa razılaşıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://lent.az
archiveBu xəbər 17 Avqust 2026 18:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see389

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see330

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see318

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see260

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see257

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see253

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see237

Bakıda həbsdə olan şəxsin bağ evində silah sursat aşkarlanıb

22 Noyabr 2026 06:49see235

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see225

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see222

Dodaqların vəziyyəti BU XƏSTƏLİKLƏRDƏN xəbər verir FOTO

22 Noyabr 2026 06:19see218

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see216

PSJ ağır zədəsinə baxmayaraq Kvaratsxeliyaya böyük təklif hazırlayır

22 Noyabr 2026 06:14see214

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see211

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see211

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see201

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see200

ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb Qalibaf

22 Noyabr 2026 15:16see193

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see192

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri