Icma.az
close
up
RU
Öldürülən və həbs edilən jurnalistlərin sayı artır

Öldürülən və həbs edilən jurnalistlərin sayı artır

Reyting.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


"Sərhədsiz Reportyorlar" təşkilatı bu ilin hesabatını dərc edib. Hesabatda bildirilir ki, 2024-cü ildə 17 ölkədə 54 jurnalist jurnalist peşə fəaliyyəti ilə məşğul olarkən qətlə yetirilib və heç vaxt bu qədər çox qurban olmayıb.
Reyting.az
-ın məlumatına görə, təşkilatın press-relizində qeyd olunur ki, bu, dəhşətli statistikadır.
31 jurnalist və yaxud da ümumilikdə jurnalistinlərin 57,4 faizi döyüş bölgələrində öldürülüb ki, bu da 2020-ci ildən bəri qeyd edilmiş ən yüksək göstəricidir.
Qəzza zolağındakı döyüşləri işıqlandırarkən öldürülən jurnalistlərin sayı o, dövrlərdə 16 nəfər olub. "Sərhədsiz Reportyorlar" təşkilatı həlak olan həmin jurnalistlərin İsrail hərbçilərinin qəddarlığı nəticəsində həlak olduqlarını bildirib.
Hesabatda xüsusi vurğulanır ki, bütün hallarda İsrail döyüş bölgəsindəki həmin jurnalistlərin öldürülməsini qəsdən törədib. Lakin belə bir faktın olmadığını qeyd edən araşdırma jurnalistikası bu iddianı şübhə altına alır. 2024-cü ilin oktyabr ayında İsrailin Müdafiə Qüvvələri "Əl-Cəzirə" kanalının əməkdaşı olan və öldürülən jurnalistlərdən altısının "HƏMAS" təşkilatı silahlılarının himayə etdiyi casuslar, eləcə də "İslami Cihad" terrorçuları olduğunu açıqlayıb. Lakin jurnalist təşkilatları, beynəlxalq qurumlar belə bəyanatları tənqid ediblər. Onlar subyektiv araşdırma aparan bir çox jurnalistləri qınamaqla, onları bilərəkdən İsrailin dövlətinin nümayiş etdirdiyi siyasi baxışları bölüşməkdə, həmçinin İsrailin apardığı bu savaşa haqq qazandırmaqda ittiham ediblər.

"Sərhədsiz Reportyorlar" təşkilatı onu da qeyd edib ki, 2023-cü ilin oktyabr ayında Qəzza zolağındakı hərbi əməliyyatların başlanmasından indiyə qədər ən azı 145 jurnalist və onların arasında olan 35 nəfər öz peşə vəzifəsini yerinə yetirən zaman həlak olub. Bundan əlavə, jurnalistlərin İraq, Sudan, Myanma və Ukraynada gedən döyüşləri işıqlandırdıqları ərəfədə də həlak olduqları bildirilir.
Dünyada həbs edilmiş 550 jurnalist var. 2024-cü ildə saxlanılanların sayı isə 7,2 faiz artıb. Bu, əsasən jurnalistlərin Rusiyada (ildə +8 nəfər), İsraildə (+17) saxlanılması ilə bağlıdır. Müxtəlif ittihamla saxlanılan jurnalistlərin təxminən yarısı dörd ölkədə həbsdədir: Çində 124, Honq-Konqda 11, Myanmada 61, İsraildə 41, Belarusda 40 nəfər.
"Sərhədsiz Reportyorlar" həmçinin qeyd edib ki, Rusiya hakimiyyəti həbslər vasitəsilə ölkədə müstəqil jurnalistikanı tamamilə sıxışdırmağa çalışır.
Rusiyada 38 jurnalist saxlanılıb. Onlardan dördü - Antonina Favorskaya ilə Sergey Karelin və Konstantin Qabov, həmçinin Artyom Kriqer koloniyada öldürülən siyasətçi Aleksey Navalnının qalmaqallı məhkəmə proseslərini işıqlandırdıqlarına görə saxlanılıblar.
Oqtay QORÇU

Ana səhifəyə dön


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://reyting.az
archiveBu xəbər 12 Dekabr 2024 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see371

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see353

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see322

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see303

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see282

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see272

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see265

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see255

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see250

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see239

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see239

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see238

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see236

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see235

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see226

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see224

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see214

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see210

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see205

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri