Ole Qunnar Solskjaer: UEFA Konfrans Liqasında final oynamaq istəyirik
Mia.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda İrlandiyanın "Sent Patrik" klubu bugün "Beşiktaş"ı qəbul edəcək.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Beşiktaş"ın baş məşqçisi Ole Qunnar Solskjaer jurnalistlərə açıqlama verib.
O, açıqlamada deyib:
"“Şaxtyor Donetsk” matçından sonra məyus idik, amma indi başqa turnirdə mübarizə aparırıq. Biz hər şeyimizi verəcəyik. Futbolçularımız bu həftə yaxşı reaksiya verdilər. Bizi çətin matç gözləyir. Keçən il burada Başakşehir 0:0 hesablı heç-heçə etmişdi. Rəqibimizin cavab verəcəklərini bilirəm. Son vaxtlar yaxşı formadadırlar. Onların 17 yaşında Tottenhemə keçməyə hazırlaşan gənc oyunçusu var. Ona diqqət yetirəcəyik. UEFA Konfrans Liqasında final oynamaq istəyirik."
Fərid
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 07 Avqust 2025 13:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















