Oleksandr Mişenko: Ukrayna Türkiyədə Rusiya ilə danışıqlara hazırdır
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Kiyev, 23 may, AZƏRTAC
Türkiyənin aparıcı media nümayəndələri hazırda Ukraynadakı mövcud vəziyyət və Rusiyanın tammiqyaslı işğalının nəticələri ilə tanış olmaq üçün Ukraynada səfərdədilər.
AZƏRTAC xəbər verir ki, türk jurnalistlərindən ibarət nümayəndə heyətinə Anadolu və Anka agentlikləri, “Habertürk TV”, “TRT Haber” TV, “A Haber” TV, “Demirören” Xəbər Agentliyi və “CNN Türk” TV daxil olmaqla, aparıcı Türkiyə media qurumlarının nümayəndələri daxildir.
Ukraynanın xarici işlər nazirinin müavini Oleksandr Mişenko türk jurnalistləri ilə görüşüb. O media nümayəndələrinə Rusiyanın Ukraynaya qarşı müharibəsinin gedişatı barədə ətraflı məlumat verib. Qeyd edib ki, Rusiya Ukraynanı öz şərtlərini qəbul etməyə məcbur etməyə çalışır. “Əlbəttə ki, Rusiya təcavüzkar terror hücumlarını davam etdirə bilər və mütləq edəcək, bununla da infrastruktura zərər verə və hətta Ukrayna mülki əhalisi arasında itkiləri artıra bilər. Lakin Rusiya müharibədə heç vaxt məqsədinə çata bilməyəcək”, deyə Oleksandr Mişenko əlavə edib.
Nazir müavini Türkiyənin Ukrayna üçün hərbi müttəfiq, strateji tərəfdaş və dost ölkə kimi rolunun vacib əhəmiyyətini qeyd edib. "2014-cü ildə Rusiya işğalının ilk anından Türkiyə Prezidenti Krım və Donbasın Rusiya tərəfindən işğalını tanımadığını açıq şəkildə bildirib", deyə Mişenko vurğulyıb.
Oleksandr Mişenko Türkiyəyə hərbi əsirlərin qaytarılması səylərinə görə dərin minnətdarlığını bildirib və Ukraynanın Türkiyədə Rusiya tərəfi ilə danışıqlara hazır olduğunu vurğulayıb. "Ukrayna Prezidenti Volodimir Zelenski dəfələrlə vurğulayıb ki, Ukrayna istənilən danışıqlar mərhələsinə hazırdı, lakin bu danışıqlar Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə hörmət əsasında aparılmalıdır", - deyə nazir müavini qeyd edib və əlavə edib ki, davamlı sülh beynəlxalq tərəfdaşlarımızın Ukrayna üçün etibarlı təhlükəsizlik zəmanətlərindən asılıdır.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 23 May 2026 12:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















