Icma.az
close
up
RU
Ölən əlil şəxsin pensiyasını həyat yoldaşı ala bilər? KONKRET

Ölən əlil şəxsin pensiyasını həyat yoldaşı ala bilər? KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Vətəndaşların pensiya alması ilə bağlı müəyyən qayda və qanunlar mövcuddur. Onlardan biri də vəfat edən ər və ya arvadın pensiyasını müvafiq olaraq həyatda qalan arvad və ərin alması məsələsidir. Bu, qanunvericiliklə tənzimlənir.

Belə ki, əgər pensiyaçı ər vəfat edirsə, onun həyat yoldaşı özü də pensiya yaşına çatıbsa, pensiya alırsa, onda ərinin pensiyasını almaq hüququna malikdir. Bu qayda, eyni zamanda, ər üçün də keçərlidir. Sadəcə, burada kiçik bir nüans var. Yəni, əgər vəfat edən şəxsin (ər və ya arvad) pensiyası yaşayan şəxsin pensiyasından çoxdursa, həyatda qalan şəxs öz az məbləğli pensiyasından imtina etməklə ölən həyat yoldaşının daha çox məbləğli pensiyasını seçə bilər.

Tutaq ki, ər 400 manat pensiya alır və vəfat edirsə, 350 manat pensiya alan arvad ən böyük məbləğli pensiyanı seçə bilər. Bunun üçün öz 350 manat pensiyasından imtina etməlidir. Yəni hər iki pensiya məbləği hesablanaraq həyatda qalan şəxsə verilmir.

Bəs vəfat edən şəxs yaşa görə yox, əlilliyə görə pensiya alırsa, bu qayda onda da keçərlidirmi?

KONKRET.az xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondundan Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, əgər vəfat edən şəxsin əliliyə görə aldığı təqaüd daha çoxdursa, onun həyat yoldaşı öz pensiyasından imtina etməklə həmin məbləği seçə bilər.

Yəni burada da əgər ər əlildirsə və əlillik müavinəti alırsa, onun arvadının pensiya hüququ varsa, öz pensiyasından imtina edib daha çox məbləğli əlillik müavinətini almaq üçün müraciət edə bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:204
embedMənbə:https://konkret.az
archiveBu xəbər 04 Dekabr 2024 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see294

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see243

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see227

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see208

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see208

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see197

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see190

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see182

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see181

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see169

Eurovision İsrailə görə tarixinin ən böyük böhranlarından birini yaşayır

17 Dekabr 2025 13:40see167

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see164

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see158

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see150

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see148

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see146

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see146

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see145

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see142

Bel ağrısı xərçəngin bu növünə işarə edə BİLƏR

18 Dekabr 2025 01:04see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri