Ölən şəxsin kredit borcunu kim ödəməlidir?
Operativmedia saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Ölən şəxsin borclarının mirasçılara təsiri, miras hüququnda mühüm yer tutur. Əsas prinsip odur ki, ölmüş şəxsin borcları onun mirasından ödənilməlidir. Yəni, mirasçılar şəxsi öz vəsaitlərindən ölmüş şəxsin borcunu ödəmək məcburiyyətində deyillər, borc yalnız mirasın dəyəri ilə məhdudlaşdırılır”.
Bu sözləri Operativ Media-ya açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib.
O bildirib ki, məsələn, ölmüş şəxsin 1000 manat borcu var və onun mirası olaraq 5000 manat dəyərində əmlakı qalır:
“Bu halda borc əvvəlcə mirasdan çıxılır, yerdə qalan 4000 manat isə mirasçıların payına bölünür. Hər bir mirasçı, ona düşən paya uyğun olaraq bu qalan məbləği alır.
Əks vəziyyətdə, əgər ölmüş şəxsin borcu 5000 manat, lakin mirası yalnız 1000 manatdırsa, mirasçılar yalnız bu 1000 manatı ala bilərlər. Qalan borc isə mirasçıların şəxsi vəsaitlərinə təsir etmir və onların üzərinə ödənilməsi yükü düşmür.
Hüquqi baxımdan, bu prinsip mirasçıları şəxsi maliyyə risklərindən qoruyur. Borclar mirasın həcmi ilə məhdudlaşır və əgər miras borc ödənildikdən sonra kifayət etmirsə, qalan borc dövlət və ya kredit təşkilatının itirə biləcəyi məbləğ kimi qalır.
Beləliklə, mirasçıların ödəniləcək borc ilə bağlı məsuliyyəti yalnız əmlakın dəyəri ilə məhdudlaşır və şəxsi əmlakları təhlükə altında olmur. Bu, həm mirasçıların hüquqlarını qoruyur, həm də borcun hansı sıra ilə ödənəcəyini aydın şəkildə müəyyən edir”.

Baxış sayı:95
Bu xəbər 23 Dekabr 2025 13:50 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları