Icma.az
close
up
RU
Ölənlərin sayı 2 dəfə artdı Azərbaycanda qadınları gözləyən risk

Ölənlərin sayı 2 dəfə artdı Azərbaycanda qadınları gözləyən risk

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son on ildə Azərbaycanda doğum zamanı ana ölümü halları iki dəfə artıb. Rəsmi məlumatlara görə, 2018-ci ildə hər 100 min doğuşa 12,2 ana ölümü düşürdüsə, 2022-ci ildə bu göstərici 14,7-yə yüksəlib.

Ana ölümlərinin səbəbi nədir? Göstəricilər niyə yüksələn xətt üzrə davam edir?

Globalinfo.az-a danışan mama-ginekoloq Təranə Həsənova deyib ki, ana ölümü həm təbii doğuş, həm də qeysəriyyə əməliyyatı zamanı ola bilər:

“Doğuş üsulu ölüm riskinə ciddi təsir göstərmir. Əsas səbəblərdən biri qanaxmadır. Bu, həm doğuşdan əvvəl, həm doğuş zamanı, həm də sonra yarana bilər və ağır fəsadlara gətirib çıxarır. Doğuş zamanı qanaxmanın əsas səbəblərindən biri ciftin vaxtından əvvəl qopmasıdır. Bu, hamiləlik dövründə baş verə bilər və təcili tibbi müdaxilə tələb edir. Proses gecikərsə, ananın həyatını itirmə ehtimalı var. Digər ciddi risk doğuşdan sonrakı qanaxmadır. Bəzən uşaqlıq doğuşdan sonra yığılmır və bu hal (atoniya) bütün tibbi müdaxilələrə baxmayaraq ağır nəticələrə gətirib çıxarır. Ana ölümlərinin digər səbəbi preeklampsiya və onun ağır formalarıdır. Vaxtında müalicə edilmədikdə, bu vəziyyət də həyat üçün təhlükə yaradır. Bəzi hallarda doğuşdan sonra mövcud digər orqan xəstəliklərinin, yəni ekstragenital patologiyaların kəskinləşərək ölümlə nəticələnməsi mümkündür”.

Ginekoloq Astara rayonunda toyundan sonra vəfat edən 17 yaşlı hamilə yeniyetmənin ölümünə də diqqət çəkib:

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) bununla bağlı yaydığı məlumata diqqətlə baxsaq, görərik ki, o, hamiləlik dövründə lazımi tibbi nəzarətdə olmayıb. Vaxtında həkim müayinəsində olsaydı və hamiləlik prosesi izlənilsəydi, ehtimal ki, bu hal yaşanmazdı. Valideynlərin qızlarını vaxtından əvvəl evləndirməsi, erkən hamiləliyə məcbur edilməsi, tibbi nəzarətin olmaması bu faciəyə səbəb olub və nəticədə faktiki olaraq ana həyatını itirib”.

Ləman İmran
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 03 Noyabr 2025 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see250

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see223

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see221

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see218

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see210

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see201

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see197

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see175

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see169

Telefon qablarından istifadəni dayandırın Mütəxəssis açıqladı

18 Dekabr 2025 03:05see168

Yuxuyozma... Yuxuda yovşan görmək haqqında Qustav Miller, Vanqa və Ziqmund Freyd nə deyib? Video

19 Dekabr 2025 00:24see156

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see153

Bel ağrısı xərçəngin bu növünə işarə edə BİLƏR

18 Dekabr 2025 01:04see150

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see147

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see147

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see146

Ayça həmin mağazadan 700 min tələb edir

18 Dekabr 2025 04:01see141

Bəxti açılacaq və maaşı artacaq bürclər

19 Dekabr 2025 03:21see141

40 yaşdan sonra beyin geriləməsinin əsas səbəbi

18 Dekabr 2025 16:57see137

“Qarabağ” hazırda keçmiş SSRİ məkanının ən güclü komandasıdır” Rus qəzeti

18 Dekabr 2025 09:27see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri