Icma.az
close
up
RU
Oleq Bakinski aclığa başladı

Oleq Bakinski aclığa başladı

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda xuliqanlıqda ittiham olunaraq həbs edilən ukraynalı milyonçu, kriminal aləmdə “Oleq Bakinski” ləqəbi ilə tanınan Oleq Krapivin və Konstantin Kuçerin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Axar.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə video formatda keçirilən prosesdə şahidlər dindirilib.

Şahid Elşən Soltanov "Global Force" şirkətində direktor vəzifəsində çalışıb. O, imzaladığı müqavilələrdən xəbərdar olmadığını söyləyib: "İmzaladığım müqavilələrin bir qismindən müəyyən səbəblərə görə xəbərim olmurdu. Neçə müqaviləni imzaladığımı xatırlamıram. Onların icrasından da məlumatım olmurdu. Ümumiyyətlə, bəzi məsələlərə görə şirkət daxilində rəhbərliklə problemlər yaşayırdım. Mən ofisin daxili işlərindən başqa heç nə ilə məşğul ola bilmirdim. Bu vəzifəyə məni Kuçer Konstantin təyin etmişdi".

Konstantin Kuçer prokurorun ünvanladığı suala cavab olaraq bildirib ki, o, belə bir tapşırıq verməyib.

Daha sonra K.Kuçerin vəkili məhkəməyə vəsatət verərərək bildirib ki, zərərçəkənlərin 2024-cü ilin iyulun 1-dən, 2025-ci ilin fevralın əhatə edən dövrdə ölkəyə giriş-çıxışı ilə bağlı məlumatlar məhkəməyə təqdim edilsin.

Onların Bakıda neçə dəfə olduğu müəyyən edilsin.

Məhkəmə müşavirəsi əsasında vəsatəti təmin edib.

Oleq Krapivinin vəkili isə müdafiə etdiyi şəxsin ev dustaqlığına buraxılmasını istəyib: "Oleq Krapivin peşəkar idmançıdır. Həmçinin o, aclıq aksiyasına da başlayıb. Onun ittiham olunduğu maddə az ağır cinayət hesab olunur. Xahiş edirəm onu ev dustaqlığına buraxılması ilə bağlı vəsatətimizi təmin edəsiniz".

Oleq Krapivin də vəsatətin təmin olunmasını xahiş edib:

"Mən 60 yaşındayam. Azərbaycanlı şahidlər də təsdiqlədi ki, mənim hadisə ilə əlaqəm yoxdur. Biz öz şahidlərimizi qoyub başqalarına niyə inanmalıyıq?”

Daha sonra sənədlər tədqiq edilib.

Məhkəmə tibbi ekspertizasının rəyində göstərilib ki, Valeriy Zaxarenkovun sol dirsəyi sınıb və alnında kəsik yarası var. O, bununla bağlı “Yeni Klinika”ya müraciət edib. Müəyyən edilib ki, onun sağlamlığına az ağır zərər dəyib.

Digrər sənədlərin tədqiq edilməsi növbəti prosesə saxlanılıb.

Hakim Elnur Nuriyev deyib ki, aclıq aksiyasının prosesə təsiri olmayacaq. Bu, bir növ məhkəməyə təzyiq kimi qəbul olunur.

Məhkəmə Oleq Krapivinin ev dustaqlığına buraxılması ilə bağlı və s. vəsatətlərə baxmaq üçün müşavirəyə gedib.

Müşavirə əsasında qərara alınıb ki, vəsatət təmin edilməsin.

Proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Qeyd edək ki, “Oleq Bakinski” ötən il Bakıda Rusiya vətəndaşına qarşı xuliqanlıq etməkdə ittiham olunaraq polis tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü ( xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində həbs qətimkan tədbiri seçilib.

Daha sonra ona Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə də ittiham verilib.

Cinayət işi üzrə “Oleq Bakinski” ilə yanaşı, 2010-2011-ci illər ərzində Ukraynanın müdafiə sənayesi nazirinin aviasiya məsələləri üzrə müavini vəzifəsində çalışmış Konstantin Antonoviç Kuçer də təqsirli bilinir.

Zərərçəkən qismində "Aviazapchast" ASC, "Promyshlennye Postavki Kazakhstan" MMC və Zaxarenkov Valeriy Nikolayeviç tanınıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://axar.az
archiveBu xəbər 12 Mart 2025 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see372

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see313

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see295

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see269

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see261

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see254

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see242

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see236

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see230

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see217

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see208

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see195

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see191

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see190

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see190

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see187

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see181

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see174

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see172

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri